AES-də təhlükə: Beynəlxalq Atom Agentliyi xəbərdar edir
Tarix: 06-06-2023 15:09 | Bölmə: Slayd
AES-də təhlükə: Beynəlxalq Atom Agentliyi xəbərdar edir

Kaxovka su anbarında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən reaktorları bu anbardan gələn su ilə soyudulan Zaporojye atom elektrik stansiyasında (AES) təhlükəli vəziyyət yaranıb. Buna baxmayaraq Beynəlxalq Atom Agentliyi (MAQATE) ruslar tərəfindən ələ keçirilən stansiyada vəziyyətə nəzarət edir.

Reyting.az
xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi təşkilat rəhbərliyinin iclasında məruzəsində bildirib.

Ukrayna KİV-lərinin məlumatına görə, Qrossi deyib ki, bu gün Novokaxovskaya bəndinə ciddi ziyan dəyib, bu da daşqınlara və suyun səviyyəsinin qalxmasına səbəb olub, həmçinin Zaporojye AES-in soyuducu su ilə təmin etmək üçün istifadə olunan su anbarının səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

MAQATE rəhbəri xəbərdarlıq edib ki, uzun müddət ərzində əsas su təchizatı sistemlərində soyuducu suyun olmaması [nüvə] yanacağın əriməsinə və qəza dizel generatorlarının sıradan çıxmasına səbəb olacaq.

Qrossi onu da diqqətə çatdırıb ki, hazırda Zaporojye AES-in dağılma riski yüksək deyil və vəziyyətə nəzarət olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}