Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
Tarix: 29-09-2023 18:03 | Bölmə: Siyasət
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib

Sentyabrın 29-da “Laçın” nəzarət-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər