Krımda ruslara qarşı etirazlar başlaya bilər - Foto
Tarix: 27-11-2023 10:58 | Bölmə: Slayd
Krımda ruslara qarşı etirazlar başlaya bilər

Rusiyanın işğalı altında olan Krımda anti-Rusiya əhval-ruhiyyəsi artır. Bu səbəbdən də ruslar yarımadada Ukrayna məxfi xidmətinin nümayəndələrini axtarır və etibarsız adamların siyahısı tərtib olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Müdafiə Qüvvələrinin Krım yarımadasındakı hərbi hədəflərə və kritik infrastruktura bir sıra uğurlu hücumları düşmənin casusluq fəaliyyətini gücləndirir:

“Düşmənin təhlükəsizlik qüvvələri etiraz potensialı haqda araşdırma aparır. Təxminlərə görə, Krımda real olaraq 30 min nəfər potensial etirazçı ola bilər”.

Qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidməti yarımadada donoslar üçün internet resursları şəbəkəsi yaradıb. Onlardan ən böyüyü “Krım Smerşidir”. Krımlılar “pozucuları” tapıb ifşa etməyə təşviq olunur.



Könüllü məlumat verənlər sarı və mavi rənglərin istənilən kombinasiyası və ya Ukrayna musiqisinə qulaq asmaq üçün qonşularını satmağa hazırdırlar.

Ruslar ilk növbədə Kiyevin nəzarətindəki Ukrayna ərazisində qohumları olan şəxslərdən, habelə işğaldan əvvəl Krımda fəaliyyət göstərən keçmiş hərbçilərdən, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının keçmiş əməkdaşlarından şübhələnirlər. Krımın tatar icması da rusların diqqət mərkəzindədir.

Ukrayna mediası isə yazır ki, Krım Rusiya ordusu üçün mühüm logistika mərkəzi olaraq qalır. Yarımadadan mütəmadi olaraq hərbi yüklər daşınır, xüsusən də cəbhədə zədələnmiş texnikalar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər