Ermənistana yol bağlanıb: Rusiya-Gürcüstan sərhədində 2,6 mindən çox yük maşını qalıb
Tarix: 28-11-2023 13:19 | Bölmə: Slayd
Ermənistana yol bağlanıb: Rusiya-Gürcüstan sərhədində 2,6 mindən çox yük maşını qalıb

Əlverişsiz hava şəraiti ilə bağlı Gürcüstan hərbi yolunda 2645 yük avtomobili qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, noyabrın 26-da axşam saatlarında hava şəraiti ilə əlaqədar yolda gediş-gəliş məhdudlaşdırılıb, ertəsi gün isə yol tamamilə bağlanıb. Noyabrın 27-də Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxmaq istiqamətində növbəti xəbərdarlığa qədər bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulduğunu bildirib.

Qeyd edək ki, Gürcüstan hərbi yolu Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən yeganə quru yoludur.

Onu da xatırladaq ki, noyabrın 27-nə keçən gecə Şimali Osetiyada güclü külək və qəzaya görə Cənubi Osetiyaya elektrik enerjisinin verilişi dayanıb, respublika enerji təchizatından məhrum olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər