Radiasiya və geomaqnit qasırğası gözlənilir - Proqnoz
Tarix: 30-11-2023 10:40 | Bölmə: Slayd
Radiasiya və geomaqnit qasırğası gözlənilir

30 noyabr-03 dekabr tarixlərində C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş vermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş vermə ehtimalı isə 10 faiz təşkil edir. Tac Kütlə Atılmalarının təsiri ilə enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton seli üçün isə S1 səviyyəli radiasiya qasırğası gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.

Qeyd olunur ki, 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.




Bölməyə aid digər xəbərlər