08:39 / 04-05-2024
Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?
07:20 / 04-05-2024
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
06:59 / 04-05-2024
Gənc riyaziyyatçı elmdə sıçrayış edib
23:59 / 03-05-2024
Sabirabad təhsilinə müdir təyin olunub
18:19 / 03-05-2024
Məşhur yazıçı oxucularını təəccübləndirib
18:01 / 03-05-2024
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - Qərar
17:51 / 03-05-2024
Təhlükəsizlik Xidməti Paşinyanla bağlı araşdırma aparacaq
17:45 / 03-05-2024
Rusiya Ukraynaya qarşı kimyəvi silah tətbiq edir
17:42 / 03-05-2024
ƏƏSMN-nin kollegiya üzvlərinin sayı azaldılıb
17:28 / 03-05-2024
Ermənistanın dövlət büdcəsi kəsirlə icra edilib
17:26 / 03-05-2024
Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
17:23 / 03-05-2024
Ukraynaya IRIS-T sistemləri göndərən Berlindəki zavod yanır
17:17 / 03-05-2024
Prezident İlham Əliyev fərman imzalayıb
17:16 / 03-05-2024
Neftin qiyməti son üç ayda rekord dərəcədə aşağı düşüb
17:00 / 03-05-2024
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq
16:58 / 03-05-2024
Güclü külək və yağışlı hava olacaq - Xəbərdarlıq
16:45 / 03-05-2024
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verilib
16:36 / 03-05-2024
Tatarıstana genişmiqyaslı kiberhücum başlayıb
16:35 / 03-05-2024
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
16:18 / 03-05-2024
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib
16:00 / 03-05-2024
XİN Böyük Britaniya səfirinə cavab verib
15:51 / 03-05-2024
İspaniya klubları türk oyunçunu transfer etmək istəyir
15:37 / 03-05-2024
Yeni mafiya dəhşətli cinayətlərini artırır
15:35 / 03-05-2024
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - Siyahı
15:25 / 03-05-2024
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb
15:20 / 03-05-2024
Avropa Komissiyasının rəsmisi: "Cənubi Qafqaz regionunda sülh hər şeyi dəyişəcək"
14:51 / 03-05-2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:30 / 03-05-2024
COP29.az vebsaytı istifadəyə verilib
14:16 / 03-05-2024
Elmar Vəliyevi güllələyənlə bağlı daha bir qərar verilib
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
16:48 / 01-05-2024
Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər cinayət başında saxlanılıb - (Yenilənib)
15:43 / 30-04-2024
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
12:15 / 29-04-2024
Nazim Bəydəmirlinin məhkəməsi başlayıb
19:27 / 30-04-2024
Şair Elçin Mirzəbəyli ilə görüş keçirilib - Fotolar
17:18 / 01-05-2024
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib - Video - Fotolar (Yenilənib)
09:41 / 29-04-2024
İki gimnastımız beş medal qazanıb
10:47 / 29-04-2024
Xalq artisti ilə həkimin məhkəməsi yenidən başlayır
22:56 / 30-04-2024
Cinçıxaran Rassel Krou şeytanı dəhşətə gətirir
18:11 / 29-04-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
12:20 / 29-04-2024
Prezident icra başçısı təyin edib - Sərəncam
Gələn ilin dövlət büdcəsi əhalinin problemini azaltmayacaq - Ekspert
Tarix: 03-11-2018 19:16 | Bölmə: Slayd
2019-cu ilin ana maliyyə sənədində artım nəzərdə tutulsa da, bunun əhalinin sosial rifahına ciddi təsiri gözlənilmir
2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub. Bu barədə qərarı bir neçə gün öncə baş nazir Novruz Məmmədov imzalayıb.
Məlumat üçün bildirək ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri isə 24 milyard 780 milyon manat proqnozlaşdırılıb. Bu barədə "2019-cu il dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilir.
Büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Gələn ilin büdcəsində artım nəzərdə tutulub. 2018-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə dövlət büdcəsi xərclərinin funksional təsnifatı üzrə 10 bölmə üzrə artım, 4 bölmə üzrə isə azalma olacaq. Bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsində qeyd edilib.
Sənəddə qeyd olunur ki, mütləq ifadədə ən böyük artımlar – "Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 1740,3 milyon manat, "Səhiyyə” bölməsində 308,9 milyon manat, "Ümumi dövlət xidmətləri” bölməsində 243,2 milyon manat, "Təhsil” bölməsində 230,6 milyon manat, "Sosial müdafiə və sosial təminat” bölməsində 210,3 milyon manat, nisbi ifadədə isə "Səhiyyə” bölməsində 41,8 faiz, "Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 34,1 faiz, "Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsində 12,1 faiz gözlənilir.
İqtisadçı-ekspert Rövşən Ağayev “Reytinq”ə deyib ki, gələn ilin büdcə xərcələri 2018-ci ilə nisbətən 2 mlrd. manat artımla proqnozlaşdırılıb. Onun sözlərinə görə, həmin artımlardan 572 mln. manatı əmək haqqı, 230.4 mln. manatı isə təqaüd və sosial müavinətlərin ödənilməsi üçün nəzərdə tutulub: “İdareətmə sistemi üzrə əmək ödənişi xərcləri 105 mln. manat, təhsil sistemi üzrə 190 mln. manat, səhiyyə sistemi üzrə 46 mln. manat, mədəniyyət və incəsənət sahəsi üzrə 10 mln. manat artımla proqnoz edilib.
Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb. Amma məsələ rəqəmlərdə deyil. Əvvəla, necə olur ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənir, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilir, sonra birdən-birə 6 dəfə artırılır? Əgər gerçəkdən də cocuqlar bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə qidalanıblar?
İkincisi, uşaq bağçalarının fəaliyyətinin təmin edilməsi, o cümlədən ərzaq təchizatının təşkili yerli icra orqanlarının səlahiyyətindədir. Bu qurumlar isə hesabatlı deyillər və tamamilə qapalıdırlar. Ona görə də onların xərcləmə səlahiyyəti mümkün qədər məhdud, sərəncalarında maliyyə nə qədər az olsa, o qədər yaxşıdır.
Hesablama Palatası uşaq bağçalarının ərzaq xərclərinin 6 dəfə artmasını Nazirlər Kabinetinin “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”nin təsdiq edilməsi barədə 12 yanvar 2018-ci il 12 nömrəli qərarı ilə izah edir. Həmin sənəd ərzaq təminatı üçün yeni qaydalar müəyyən edir və bu qaydaya görə hər uşaq il ərzində 210 gün qida almalıdır.
Uşaqların qida normativləri isə Nazirlər Kabinetinin 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib. Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir. Əslində yaxşı bir jurnalist yazısıdır ki, arşadırsın görək, həmin qərardakı normativlər əsasında bir uşaq il (210 gün) ərzində neçə manat dəyərində ərzaq istehlak etməlidir və 99.3 mln. manatla il ərzində neçə uşağa qulluq göstərmək mümkündür. Bir də bağçaya uşaq göndərən valideynlər bilməlidir ki, onların övladının qida xərci 6 dəfə artır. Hüquqlarımızı tələb edə bilməsək də, ən azından xəbərdar olmalıyıq”.
R. Ağayev büdcə zərfindəki başqa məqamlara da toxunub. Onun qənaətincə, büdcə sənədindən görünən budur ki, gələn ildən istehsalla məşğul olan biznes subyektlərinin sadələşdirilimiş vergi ödəyicisi olmaq hüququ təkcə dövriyyənin həcmindən asılı olmayacaq. Yəni, əsas meyarlardan biri də işçi sayı olacaq. Təklifə görə, işçilərinin sayı 3 nəfərdən çox olan istehsalçıların ƏDV ödəyicisi kimi qeydiyyata alınması gözlənir. Bundan savayı, todansatış ticarətçilərinin və lisenziya tələb olunan fəaliyyətlə məşğul olanların da ƏDV ödəyicisi kimi qeydiyyata alınması barədə təkliflərin olduğu bildirilir.
Qeyd edək ki, Hesablama Palatası 2019-cu ilin dövlət büdcəsi ilə bağlı rəyini paylaşıb. Sənəddə bir çox diqqətçəkən məqamlar var. R. Ağayev dövlət xərclərinin artmasına diqqət çəkib:
“Palata Beynəlxalq Valyuta Fonduna istinadən yazır ki, yaxın 2 ildə iqtisadi artıma dövlət xərclərinin əhəmiyyətli təsiri qalacaq. Bizim reallığımızda dövlət müdaxiləsi imkanları nə qədər yüksəkdirsə, məmurların biznesi boğmaq imkanı, korrupsiyanın genişlənmə potensialı bir o qədər genişdir. İMF bu əlaqəni "fiskal multiplikator" indeksi ilə ölçür. Mahiyyəti odur ki, milli gəlirin artımının hansı hissəsi dövlət xərcləmələri hesabına baş verir. İMF ekspertlərinə görə, əgər "fiskal multiplikator" 0.5-ə qədərdirsə, dövlətin iqtisadi müdaxiləsi aşağı, 0.5-1 intervalındadırsa orta, 1-dən çoxdursa müdaxilə yüksək hesab edilir. Azərbaycan üçün proqnoz 1.03 səviyyəsindədir. İqtisadi nəzəriyyədə "sıxışdırma effekti" deyilən başqa bir anlayış da var, məmur müdaxiləsi artdıqca, özəl sektor oyundankənar qalır - yəni iqtisadiyyatdan sıxışdırılır”.
Ekspert dövlət büdcəsindən gələn il Mərkəzi Banka qiymətli kağızlara görə 44.5 mln. manat faiz ödənilməsi məsələsinin də qabardılmasının vacibliyini vurğulayıb. O bildirib ki, son illər bu maddə üzrə ödənən vəsaitin həcmi 100-200 min manatdan çox olmayıb: “Birdən-birə bu qədər kəskin artımın səbəbini axtardım, büdcə sənədlərində heç bir izahat yoxdur. Mümkün ehtimallardan biri budur ki, artıq hökumət Beynəlxalq Bankın problemli aktivlərinə görə "Aqrarkredit" vasitəsilə buraxılan və Mərkəzi Bank tərəfindən alınan qiymətli kağızlar üzrə 10 mlrd. manatlıq borca görə faiz ödənişlərinə başlayır. Borc 2040-cı ilədək qapadılmalıdır”.
Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır. Müsahibimiz deyir ki, həm idxal edilən, həm də daxildə istehsal olunan tütün məmulatlarına aksizlərin artımı gözlənilir. Onun sözlərinə görə, bu qəbildən olan daha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6 faizlə sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi ola bilər.
Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6 faizlik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8 faizlə çalışanlar üçün isə proqnoz saxlanılıb.
İqtisadçı bildirib ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm də ictimai iaşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər: “Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6 faiz, iaşə sahəsində çalışanlar 8 faiz vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2 faiz bazasında vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4 faiz, yerdə qalan regionlar üzrə 2 faiz dərəcə qüvvədədir. Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb”.
Daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb. Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək.
R. Ağayev qeyd edib ki, büdcə zərfinə aid olmasa da, Mərkəzi Bankın manatın uçot dərəcəsi ilə bağlı verdiyi qərar ümumilikdə ölkənin bank-maliyyə sektoruna və ümumi iqtisadiyyata təsir edəcək. İqtisadçı, iki ay öncə Mərkəzi Bankın faiz dərəcələrini 15-dən 13-ə endirməklə bağlı qərar qəbul etdiyini də xatırladıb. Onun sözlərinə görə, eyni qərarla faiz dəhlizinin aşağı həddi 10-dan 8-ə, yuxarı həddi isə 18-dən 16-ya endirilmişdi: “Bu gün yenidən uçot dərəcəsi aşağı salınıb: mərkəzləşdirilmiş resurslar üzrə faiz dərəcəsi 13-dən 11 faizə, faiz dəhlizinin yuxarı həddi 16-dan 14-ə qədər ixtisar olunub. Faiz dəhlizinin aşağı həddi dəyişdirilməyib və 8 faiz səviyyəsində saxlanılıb”.
İqtisadçı qeyd edib ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına ayırdığı mərkəzləşdirilmiş resurslarla təminat, faiz dəhlizi isə Mərkəzi Bankın çərçivə alətlərinin (notlar, REPO əməliyyatı, depozitlərin cəlbi və s.) tətbiqi vasitəsilə strelizasiya əməliyyatları və vəsaitlərin yerləşdirilməsi üçün istifadə olunur:
“Təcrübədə uçot dərəcəsinin milli valyutanın məzənnəsinə təsiri bir neçə kanalla baş verir. Əvvəla, effektiv və xarici kapitala tam açıq fond və borc bazarının mövcud olduğu şəraitdə milli valyutanın məzənnəsi uçot dərəcəsinin dəyişdirilməsindən qısa müddətə təsirlənir. Mexanizm sadədir: dərəcə artırsa, qiymətli kağızların gəlirliliyi yüksəlir, spekulyativ kapital və “isti pullar” qazanc götürmək üçün ölkəyə axır, milli valyutaya tələbat artdığı üçün yerli pul vahidi bahalanır. Uçot dərəcəsi aşağı salındıqda “isti pullar” daha yüksək qazanc üçün ölkəni tərk edir, spekulyativ kapital daha yüksək qazanc axtarışına çıxır və fond bazarından kənar yüksəkgəlirli alətlərə (məsələn, əmtəə bazarlarında) meyllənir”.
Ekspert nəzərə çatdırıb ki, Azərbaycan reallığında uçot dərəcəsində baş verən kəskin dəyişikliklərlə milli valyutanın məzənnəsindəki dəyişikliklər arasında əlaqə yoxdur. Xüsusilə də 2012-2014-cü illərdə faiz dərəcəsinin 3.5-5 faiz intervalında hərəkət etdiyi dövrdə manatın məzənnəsi tam qalıb, 2015-2017-ci illərdə isə dərəcənin 3 faizdən 15 faizə yüksəldiyi şəraitdə milli valyuta nəinki bahalaşıb, əksinə, 2 dəfədən çox dəyər itirib:
“Məzənnə və faiz dərəcəsi arasında əlaqənin olmamasının səbəbi yalnız yuxarıda qeyd edilən amil – inkişaf etmiş fond bazarının yoxluğu deyil. Həmçinin, ölkədə milli valyutanın dəyərini formalaşdıran sərbəst məzənnə rejimi mövcud deyil və idarə olunan üzən məzənnə rejimi şəratində faiz dərəcəsinin milli valyutanın nominal kursuna adekvat təsirini gözləməyə dəyməz. Uçot dərəcəsi ilə kredit və depozitlərin faizləri arasında düz əlaqə mövcuddur. Faiz dərəcəsinin artımı milli valyutada kredit və depozit faizlərini də artırır, azalması isə həm kreditlərin, həm də depozitlərin faizini aşağı çəkir. Mərkəzi Bankın statistikası göstərir ki, 2012-2017-ci illərdə manatla kreditlərin orta faiz dərəcəsi 14-20, manatla depozitlərin orta faizi 7-11 intervalında dəyişib.
Xüsusilə də 2016-2017-ci illərdə uçot dərəcəsinin artımı şəraitində milli valyutada həm depozitlər, həm də kreditlər üzrə orta illik faizlər də yüksəlib. Depozitlər üzrə faizlərin artımı daha yüksək olub. Faiz yüksəlişi kreditləri kifayət qədər bahalandırdığı şəraitdə kreditləşmədə kəskin azalma da diqqətdən yayınmır. Belə ki, 2015-2017-ci illərdə manatla kreditlərin həcmi 40 faizə yaxın azalaraq 11 mlrd. manatdan 6.9 mlrd. manata enib. Manatla depozitlərin həcmində isə artım baş verib. Belə ki, 2015-ci ilə nisbətən 2017-ci ildə manatla depozitlərin həcmi təxminən 50 faiz və ya 2.3 mlrd. manat artaraq 6.6 mlrd. manata çatıb”.
R. Ağayev sonda qeyd edib ki, Azərbaycanın mövcud iqtisadi reallığında uçot dərəcəsinin dəyişilməsinin təsiri Mərkəzi Bankın açıq bazar əməliyyatlarının və Maliyyə Nazirliyinin DQİ-lərinin həcmi və gəlirliliyi, kredit və depozitlərin həcmi və faiz dərəcələri məhdudlaşır. Onun fikrincə, yaxın dövrdə Mərkəzi Bankın monetar qərarlarının təsiri ilə baş verəcək mümkün dəyişiklikləri izləmək üçün öncə sadalanan iqtisadi parametrləri izləmək gərəkdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:20
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
Dünən, 13:35
Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır?
Dünən, 12:24
Müdafiə Nazirliyinin xidmət rəisi həbs olunub
Dünən, 11:08
İnsan orqanizminə ən faydalı balıq növləri açıqlanıb - Onların yeyilməsi erkən ölüm riskini azaldır
Dünən, 11:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
Dünən, 08:33
Günəşdəki partlayış Yerdə maqnit qasırğası yaradıb
2-05-2024, 20:06
Ayda 4G şəbəkəsi yaradacaqlar
2-05-2024, 16:15
Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər
1-05-2024, 17:58
Yeni yaradılan "Həyat ağacı" ekoloji problemləri həll edəcək, insan ömrünü uzadacaq
1-05-2024, 10:55
Ruslar Ukraynanın daha iki yaşayış məntəqəsini ələ keçirib - Fotolar
1-05-2024, 08:19
Birinci siniflərə sənəd qəbulu başlayır
1-05-2024, 07:28
ÜST xəbərdarlıq edir: humanitar fəlakət yaxınlaşır!
30-04-2024, 22:42
Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb
30-04-2024, 12:02
Çin İranın ətəyini buraxmayacaq - Pekin niyə Tehranın tərəfini tutur?
29-04-2024, 18:12
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29-04-2024, 16:12
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
29-04-2024, 15:55
İsa Qəmbər Müsavat başqanı postuna namizəd olub
29-04-2024, 12:54
Prezident iki nazir müavini təyin edib
29-04-2024, 11:46
Qərb Tiflisi Rusiyaya görə cəzalandırır
29-04-2024, 09:22
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşənlərin yeni sayı açıqlanıb - Foto
29-04-2024, 07:57
Tbilisiyə xüsusi təyinatlı qüvvə yeridilib
28-04-2024, 23:14
Antoni Blinken İlham Əliyevə zəng edib
28-04-2024, 18:14
"Boinq" kosmosa uçacaq - Fotolar
28-04-2024, 17:52
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
28-04-2024, 17:21
Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub
27-04-2024, 10:09
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
26-04-2024, 20:58
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 18:36
Blinken Pekində Çini hədələyib
26-04-2024, 18:15
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
26-04-2024, 13:21
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
26-04-2024, 13:07
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
26-04-2024, 12:29
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər
26-04-2024, 11:46
Ukraynaya qarşı savaş Kremldəki kabinetlərə keçir - Politoloq
26-04-2024, 11:21
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - Fotolar