Oğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxır - Fotolar
Tarix: 11-11-2018 20:28 | Bölmə: Slayd
Oğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxır

Azərbaycanın talanan sərvətlərinin Avropaya, o cümlədən Londona daşındığını təsdiqləyən yeni faktlar aşkar edilib. Hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin Londondakı mülk qalmaqılının ardınca, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun da adı Londonda bahalı mülkləri olan şəxslərin sırasında hallanır.

Reyting.az
xəbər verir ki, bu faktı Avropada yaşayan jurnalist Cavanşir Həsənli aşkarlayaraq, Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına əldə edilən əmlakın sahibinin kimliyini özünün facebook səhifəsində ictimailəşdirib.

C. Həsənli yazır ki, “Birləşmiş Krallıq, London, City Road 160, Kemp House” ünvanındakı əmlak Azərbaycanın keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova məxsusdur.

Oğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxır

Məlumatda keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni olan 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkətin də bu ünvanda yerləşdiyi bildirilir.

Jurnalist qeyd edir ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən qeyri-qanuni gəliri ilə Britaniyada eyni sahəyə yatırım edib:

“Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.

Bu, Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb”.

Oğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxır

Qeyd edək ki, “Rabitə işi” adı ilə tanınan cinayət işinin istintaqı dövründə nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə Əli Abbasova 50 milyon manat ödətdirildiyi bildirilir.

Xatırladaq ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunurlar. İstintaq bu iş üzrə zərəri 153 milyon manat dəyərləndirmişdi.

Oğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxırOğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxırOğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxırOğru məmurlarımızın Londonda yeni mülkləri üzə çıxır




Bölməyə aid digər xəbərlər