16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hökumət elm adamlarının cibinə girir
Tarix: 13-11-2018 14:31 | Bölmə: Slayd
 Hökumət elm adamlarının cibinə girir

"Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibliyi vurğulanır”.


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentdə bugünkü büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda elmə ayrılan vəsait ÜDM-nin 0,16 faizini təşkil edir.

 Hökumət elm adamlarının cibinə girir

"Bu, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən həmin sahəyə ayrılan və ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır. Büdcədən isə cəmi 0,5 faiz elmə vasait ayrılır. Əgər biz elmi inkişaf etdirmək istəyiriksə, elmin maliyyələşməsin 0 trayektoriyasından çıxartmalıyıq. Nəzərə alsaq ki, təhsildə çalışanların əməkhaqları orta əməkhaqlarından 40 faiz, səhiyyədə çalışanların maaşları orta əməkhaqlarından 60 faiz, elmdə çalışanların da maaşları orta əməkhaqlarından xeyli aşağıdır. Hesab edirəm ki, bu sahədə çalışanların əməkhaqları artırılmalıdır. Bu sahədə çalışanların maaşlarının orta əməkhaqqına çatdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var”.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}