Nazir müavini işdən çıxarılıb, yeni aparat rəhbəri təyin olunub
Tarix: 13-11-2018 17:16 | Bölmə: Slayd
Nazir müavini işdən çıxarılıb, yeni aparat rəhbəri təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.

Reyting.az bildirir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası isə müvəqqəti Bəxtiyar Əzizova həvalə olunub.

Xatırladaq ki, Azərbaycan prezidentinin 2018-ci il aprelin 21-dəki sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}