İtkin düşən keçmiş baş nazir yad ölkədə tapılıb
Tarix: 13-11-2018 18:36 | Bölmə: Slayd
İtkin düşən keçmiş baş nazir yad ölkədə tapılıb

Makedoniyanın azadlıqdan məhrum edilən keçmiş baş naziri Nikola Qruevski Macarıstandan ona siyasi sığınacaq verilməsini xahiş edib.

Reyting.az bildirir ki, o, doğma ölkəsində barəsində axtarış elan ediləndən sonra bu haqda özünün Facebook səhifəsində məlumat yayıb.

“Son bir neçə gündür mənə saysız-hesabsız hədə-qorxu daxil olub”, - keçmiş hökumət başçısı yazıb.

O, əlavə edib ki, hazırda Budapeştdədir.

“Mən Makedoniya işinə daim sadiq qalacağam. Mən heç vaxt təslim olmayacağam”, - Qruevski əlavə edib.

Onu Makedoniyanın baş naziri olanda 2012-ci ildə qanunusuz dəyəri 650 min avrodan çox olan zirehli “Mercedes”i almaqda günahlandırırlar.

Məhkəmə onu korrupsiyada günahkar bilərək iki il azadlıqdan məhrum olunması haqda qərar çıxarıb. Noyabrın 9-da onu cəzaçəkmə yerinə gətirməyə hazırlaşanda Nikola Qruevskinin yoxa çıxdığı məlum olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}