10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Rektor faciə qurbanları ilə bağlı tədbirə mane olub
Tarix: 13-11-2018 20:44 | Bölmə: Slayd
Rektor faciə qurbanları ilə bağlı tədbirə mane olub

"Noyabrın 15-də Bakı Dövlət Universitetində 1932-1933-cü illərdə Ukraynada aclığa məhkum edilən milyonlarla ukraynalının ("Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilməli idi. Dəyirmi masada Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməliydi. Dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib. Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək".

Reyting.az
xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, Ukraynada "Qolodomor” illərində 4 ilə 7 milyon arasında insan həlak olub:

"Bu, Stalin rejiminin repressiyasıdır. "Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur.

Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində "Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər?”

Politoloq daha sonra sual verir ki, bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}