12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
11:52 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
10:14 / 24-06-2025
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
09:57 / 24-06-2025
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

14:17 / 20-06-2025

14:57 / 22-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

7 mindən çox tələbə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb - Səbəb
Tarix: 15-11-2018 07:58 | Bölmə: Slayd

Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun təhsil kreditləri ilə bağlı açıqlamasından sonra bu məsələ yenidən gündəmə gətirilərək xeyli müzakirə olundu. Təhsil kreditləri ilə bağlı yarımçıq qalan layihənin həyata keçirilməsi üçün xarici ölkələrin təcrübəsinə istinad edənlərdə oldu. Bəzi təhsil ekspertləri xarici ölkələrdəki mövcud sistemə uyğun təhsil kreditlərinin verilməsinə tərəfdar olduqlarını bildirirlər. Belə ki, bəzi ölkələrdə ödənişli ixtisasa qəbul olunan tələbə oxuduğu illərdə təhsil xərcini ödəmir. Universitetə olan borcunu ali məktəbi bitirib, işə qəbul olduqdan sonra ödəməyə başlayır. Bu, əslində təhsil kreditinin bir forması kimi qəbul oluna bilər.
Reyting.az-ın xəbərinə görə, Azərbaycanda bu cür sistemin tətbiqini mümkün sayan təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov Modern.az-a deyib ki, hazırda 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət vəsaiti hesabına təhsil alır:
“Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Azərbaycanda təhsil kreditlərinin qaytarılmayacağını ortaya atıb, bundan imtina etmək düzgün yanaşma deyil. Əksinə, kredit alan tələbələr üçün elə şərait yaradılmalı, çıxış yolları düşünülməlidir ki, onlar ali məktəbi bitirəndən sonra aldıqları krediti ödəyə bilsinlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. Ona görə, ən optimal variantı tapmaq, xüsusilə, xarici ölkələrin qeyd etdiyimiz təcrübələrindən istifadə etmək lazımdır”.
Tələbələrin təhsil aldığı müddətdə illik ödənişlərdən azad edilməsini mümkün sayan təhsil ekspertinin fikrincə, sonradan həmin tələbələrin ali məktəbə olan borcunu ödəyib-ödəməyəcəyi sual altında qalır: “Çünki bu gün Azərbaycanda ali məktəbi bitirənlərin cəmi 42 faizi iş tapa bilir. Bu isə məzunlar üçün əlverişli deyil. Ona görə, ali məktəbi bitirən şəxslərin işlə təmin olunması məsələsinin də üzərində dayanmaq, müvafiq çıxış yolunu tapmaq lazımdır”.
ABŞ təcrübəsinə toxunan Kamran Əsədov bildirib ki, bu ölkədə tələbələr verilən təhsil kreditlərini ödəmirlər. Halbuki, ABŞ hökuməti günahı özündə görür, dövlət kredit verdiyi tələbəni işlə təmin edə bilmədiyini qəbul edir:
“Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində Azərbaycanda 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni I-II kursda çətinliklə oxuya bilən tələbələr, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olublar. Qardaş Türkiyədə də tələbə krediti sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir.
Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcə vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I-II qrup əlil gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir. Amma bu da kredit deyil. Özəl banklar, şirkətlər tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlər isə çox azdır və reklam, cəlbetmə məqsədi daşıyır”.
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov isə bütün dünyada tətbiq olunan təcrübənin – təhsil kreditlərinin Azərbaycanda reallaşmasını dəstəkləyir. O xatırladıb ki, qardaş Türkiyədə bu cür güzəştlər daha aktualdır:
“Türkiyədə tələbə ali məktəbdə oxuduğu müddətdə ödənişlərini ödəmir. Universiteti bitirəndən sonra 2 il icazə verilir ki, iş tapsın, hərbi xidmət və digər məsələləri həll etsin. Artıq ali məktəb məzunu işləməyə başladıqda 10 il müddətinə universitetə olan borcunu hissə-hissə ödəyir. Amerikada da bəzi ali məktəblərdə bu cür güzəştlər tətbiq olunur. Bunu daha çox banklar fərdi formada reallaşdırır.
Azərbaycanda isə banklar tələbəyə kredit verməkdənsə, məişət əşyalarına, mebellərə və ya mənzillərə görə kredit verməyi daha üstün tutur. Əslində buna sosial layihə kimi yanaşıb, dövlət tərəfindən vəsait ayrılarsa, məsələ müəyyən qədər həllini tapar. Necə ki, ipoteka kreditləri ilə bağlı addımlar atılır, sosial mənzillər kimi layihələr hazırlanır, eləcə də təhsil sahəsində belə sosial layihələrə yer verilməlidir. Güzəştli təhsil, yaxud təhsilə yardım fondu kimi bir təşkilat yaradılarsa, maddi imkanı aşağı olan tələbələrə dəstək ola bilərik. Düzdür, Gənclər Fondu fəaliyyət göstərir, amma bu kimi müəssisələrin davamlı olmasını arzu edirik”.
Elçin Süleymanov Azərbaycanda təhsil kreditlərinin qaytarılmayacağı, güzəştlərlə bağlı borcların ödənməyəcəyi fikirlərini qəbul etmir: “Məsələn, Bakı Mühəndislik Universitetinin tələbələri ali məktəbi bitirdikdən sonra kifayət qədər prestijli, yaxşı maaşlı işlərə daxil ola bilirlər. Onlara kreditlər verilərsə, universiteti bitirəndən sonra iş tapan tələbə 2-3 aya belə borcunu ödəyə bilər. Bunun mexanizmini düzgün işləmək, hazırlamaq lazımdır”.
Prorektor qeyd edib ki, istər güzəşt, istərsə də kredit formasında təhsil haqlarının hissə-hissə ödənilməsi üçün imkan yaradılarsa, təhsil borcunun qaytarılmamaq riski cüzi olar.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 11:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?