Vahid Əhmədov: “Şəhid ailələri hər dəfə qarşımızı kəsirlər, yalvarırlar...”
Tarix: 15-11-2018 12:34 | Bölmə: Slayd
Vahid Əhmədov: “Şəhid ailələri hər dəfə qarşımızı kəsirlər, yalvarırlar...”

Deputat Vahid Əhmədov Milli Məclisin bügünkü iclasında şəhid ailələri ilə bağlı məsələni bir daha qaldırıb.

Reyting.az bildirir ki, o, şəhid ailələrinin Milli Məclisin qarşısına toplaşdığını deyərək spiker Oqtay Əsədova müraciət edib.

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.

Deputat qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələdir.

“Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin”, - Vahid Əhmədov vurğulayıb

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}