Xarici İşlər Nazirliyi: mina təhlükəsinə qarşı təcili tədbirlər görülməlidir
Tarix: 12-04-2024 21:41 | Bölmə: Slayd
Xarici İşlər Nazirliyi: mina təhlükəsinə qarşı təcili tədbirlər görülməlidir

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlərin görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında deyilir.

Xarici İşlər Nazirliyinin paylaşımında qeyd olunur ki, daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. Bildirilir ki, 2020-ci ildə müharibə bitdikdən sonra Azərbaycanda mina qurbanlarının sayı 352 nəfərə çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}