11:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
10:14 / 24-06-2025
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
09:57 / 24-06-2025
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
09:35 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Azərbaycan yeni təhlükələrlə üzləşir; Terrorçular ölkəmizə qarşı yönələ bilər
Tarix: 25-11-2018 09:29 | Bölmə: Slayd

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.
“Reytinq” qəzeti xəbər verir ki, DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
DTX-nin məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşları - Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çoxunu müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər. Məlumatda bildirilir ki, qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Yaxın Şərqdə terror hadisələrinin artdığı vaxtdan ölkəmizdə də tez-tez radikal əsaslı terrorçu cərəyan üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək zərərsizləşdirilməsi heç də təsadüfi deyildir. “Reytinq” qəzeti olaraq 5 ilə yaxındır bu mövzuda yazsaq da, təəssüf ki, əlaqədar qurumların profilaktik tədbirlərindən daha çox, mənfi nəticə ilə üzləşirik.
Qeyd edək ki, son bir ay ərzində ölkəmizdə radikal-terrorçu cərəyanların bir neçə dəstəsi hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Təxminən 10 gün öncə Gəncə şəhərindəki əməliyyat zamanı bir neçə terrorçu zərərsizləşdirilmişdi. Dünən isə, yuxarıda qeyd etdiyimiz kimi, radikal-ekstremist, terrora meyilli dini cərəyan üzvlərinin müəyyən maliyyə əsasları hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub. İki gün öncə isə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev mesaj vermişdi ki, əgər orta məktəblərdə dini dərslər tədris olunmasa, insanlarımız İŞİD-ə qoşulacaq.
İllərdir “Reytinq” qəzetində, eləcə də Mia.az saytında bu mövzu diqqət mərkəzində saxlanılır. Aparılan araşdırmalar və ekspert rəylərində problemdən müəyyən çıxış yolları göstərilsə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi məsələyə biganəliyini nümayiş etdirir, peşəkar ekspertlərin fikirlərinə əhəmiyyət verməkdə maraqlı görünmürlər. Baş verənlər, ortaya çıxan faktlar isə vəziyyətin kritik olduğunu sübuta yetirir. Təhlükəsizlik orqanları bu istiqamətdə davamlı tədbirlər həyata keçirsələr də, dövlətimizi və təhlükəsizliyimizi təhdid edən faktorlardan tamamilə qurtulmaq mümkün olmur. Əksinə, son illər hadisələrin daha kritik hal alması, terrorçu niyyətlərin artması hüquq-mühafizə orqanları ilə yanaşı vətəndaşlarımızdan da daha diqqətli olmağı tələb edir.

Vüsal Hətəmov: “Terror törətmək istəyənlər üzdəki üzvlərdir. Daha dərində olanları ifşa etmək lazımdır”
Məsələ ilə bağlı fikirlərini “Reytinq” qəzetinin əməkdaşı ilə bölüşən şərqşünas-politoloq Vüsal Hətəmov mövcud vəziyyətdə atılan addımlara qiymət verərkən hər iki qurumu - həm DQİDK-nin, həm də QMİ-nin fəaliyyətini passiv sayıb:
“Həm QMİ, həm də DQİDK həmişə ən yaxşı halda gecikir. Onların passivliyinin nəticəsidir ki, sadə vətəndaşlar missionerlər tərəfindən aldadılır və öz dini inanclarını din adı altında xarici ölkələrin terror şəbəkələrində axtarırlar. Müvafiq təyinatlı QHT-lər də bu məsələdə effektiv çalışmırlar. Çünki savadsızdırlar.
İllərdir KİV-lər vasitəsilə bildiririk ki, orta məktəblərdə ibtidai dini maarifləndirmə olmalıdır. Bu, dini təbliğat anlamında başa düşülməməlidir. Maarifləndirmə ayrı, dini təbliğat ayrı. Maariflənmiş gənc heç vaxt missionerlərin “tələsinə” düşən deyil. Ümumiyyətlə, təklif edirəm ki, dövlətin dəstəyi ilə müstəqil dini araşdırmaçı-yazarlardan ibarət təsisatlar yaradılsın. Bəlkə, bundan sonra hökumət DQİDK və QMİ-nin hesabat xarakterli bəzəkli məlumatlarından xilas olar”.
Vüsal Hətəmov qeyd edib ki, terrorçu şəbəkə 3-4 nəfərdən ibarət ola bilməz:
“Terror törətmək istəyənlər üzdəki üzvlərdir. Daha dərində olanları ifşa etmək lazımdır. Çox güman ki, dini ekstremist qüvvələrin dərinliyi xarici ölkələrə gedib çıxır. Hətta ola bilər ki, onların başında duran hansısa dini lider dindar deyil, sadəcə, dindən alət kimi istifadə edir. Mən sizin qəzet vasitəsilə həmişə demişəm, terrorla mübarizədə hüquq-mühafizə strukturlarının fiziki müdaxiləsi sonuncu iş olmalıdır. Buna qədər görüləsi işlər çoxdur”.
Qeyd edək ki, "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib ki, orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar artacaq. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır:
“Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulub. Onların beyni elə orta məktəb dövründən zəhərlənməyə başlayır. Yalnız sağlam dini təhsili olmayanlar düşmənə tərəf ola bilərlər. Əgər dini biliklər tədris olunarsa, uşaqlar düzgün tərbiyə ediləcəklər. Məktəblərdə fizika, riyaziyyat kimi dəqiq elmlər də tədris olunur. Mən də şagirdlərə, yalnız İslamın öyrədilməsinin tərəfdarı deyiləm”.
Şərqşünas-politoloq isə deyib ki, QMİ də, Dini Komitə də maarifləndirmə işi ilə bağlı təbliğata başlamaqda gecikiblər. Onun sözlərinə görə, maarifləndirmə işinə çoxdan başlamaq lazım idi: “Biz illərdir ki, bunu deyirik, yazırıq. Bəli, terrora, dini radikalizmə qarşı mübarizəyə təhlükəsizlik orqanlarından əvvəl qeyd etdiyim qurumlar maarifləndirmə işi ilə başlamalı idilər. Əslində bu iş məktəblərdən tutmuş məscidlərə qədər aparılmalı idi. Bayaq da dediyim kimi, məktəblərdə şagirdlər ibtidai dini dünyagörüşü ilə tanış olmalıdır ki, gələcəkdə qeyri-ənənəvi, dağıdıcı, xurafi dini cərəyanların təsirinə düşməsinlər”.
Müsahibimiz ruhaniləri də nağıl danışmamağa çağırıb:
“Məscidlərdə də dini xütbələr zamanı rasional mövzulara daha çox diqqət ayrılmalıdır. Çünki məscidə - Allah evinə gələn insanlar bəzi ruhanilərin qeyri-rasional söhbətlərinə əfsanə kimi baxırlar. Nəticədə, din axtaran gənclər özlərini radikal cərəyanlarda görmək istəyir, ideoloji boşluğunu daha çox hisslərə əsaslanan cərəyanlarda doldurmağa cəhdlər edirlər. Mən başa düşürəm, din fəlsəfəsini bilməyən, yəni Sührəverdini, Bəhmənyarı, Nizamini, Tusini, Nəsimini, Füzulini, Sabiri bilməyən ruhani, əlbəttə ki, nağıl danışacaq”.

Mütəllim Rəhimli: “Cəmiyyətimiz ölkədə terrorçu qruplaşmaların mövcudluğu və təhlükəliliyi haqqında demək olar ki, heç bir məlumata malik deyillər”
Mövzu ilə bağlı “Reytinq”ə açıqlama verən Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə öncə DTX-nın əməliyyatları zamanı terrorçuların məhv edilməsi məsələsinə və bu barədə ictimaiyyətə daha az məlumatın verilməsindən danışıb. O bildirib ki, antiterror əməliyyatları adı altında kimlərin məhv edildiyi bizim üçün olduqca qaranlıqdır: “Çünki cəmiyyətimiz ölkədə terrorçu qruplaşmaların mövcudluğu və təhlükəliliyi haqqında demək olar ki, heç bir məlumata malik deyillər. Kütləvi informasiya vasitələrində və təhlükəsizlik xidməti qurumlarının məlumatlarında bu haqda informasiyaya yer verilmir. Ona görə də biz bilmirik öldürülən terrorçulardır, terror qruplaşmalarına qoşulanlardır, yoxsa hakimiyyətin aradan götürmək istədiyi şəxslərdir.
Hakimiyyət hər gün bəyan edir ki, Azərbaycan demokratik ölkədir. Bəs necə olur ki, insanlar məhkəmənin qərarı olmadan məhv edilir? Üstəlik, nəzərə almaq da lazımdır ki, respublikamızda ölüm cəzası ləğv edilib. Lakin Gəncə hadisələri baş verdiyi vaxtdan indiyədək bir neçə əməliyyat keçirilib və hər dəfə də kimlərsə yerindəcə güllələnib. Əgər nəzərə alsaq ki, əməliyyatı, deyildiyi kimi, peşəkar hərbi qruplaşmalar keçirir, onda təqib edilən şəxslərin hər dəfə öldürülməsi suallar doğurur. Çünki istisna hallarda belə əməliyyatlarda terrorçular ölü olaraq ələ keçirilir. Deməli, həmin adamların diri ələ keçirilməsi niyyəti olmayıb, əvvəlcədən onların yerindəcə məhv edilməsi planlaşdırılıb. Halbuki dövlət təhlükəsizliyi və gələcəkdə həmin şəbəkənin izlənilməsi və sıradan çıxarılması baxımından onların yaxalanması daha effektli olardı”.

Təhlükəsizlik orqanlarının sonuncu əməliyyatda terrorçu şəbəkənin maliyyə mənbələrinin müəyyənləşdirilməsi və ifşa olunması məsələsinə gəldikdə, M. Rəhimli qeyd edib ki, terrorizm indi dünyada əsas təzyiq faktoruna çevrilib. Onun sözlərinə görə, ölkələr arasında müasir münasibətlərin formalaşmasında həlledici vasitə kimi mühüm rol oynayır:
“Terrorçuların yetişdirilməsində və maliyyələşdirilməsinin arxasında çoxsaylı məqsədlər dayanır. Və heç də onlar bu gün üçün nəzərdə tutulmur. Amma hər bir halda terorizm qan, fəlakət, istismar gətirir. Bununla belə terrorizmin maliyyələşdirilməsi haqqında deyilən fikirlər həqiqəti ifadə etməyə də bilər. Çünki terrorizmə dəstək verənlər müasir dünya nizamında yalnız iri güc sahibləridir və onların adlarının çəkilməsi böyük cəsarət və risq tələb edir. Biz daha çox icraçıların kim olduğu barədə informasiya alırıq”.
Politoloq sonda qeyd edib ki, Azərbaycan geosiyasi maraqların kəsişdiyi ölkədir. Bu baxımdan, təhdid məqsədilə ölkəmizə terrorçu qruplaşmalar yönəldilə bilər. “Üstəlik, biz müşahidə edirik ki, xeyli vətəndaşımız terrorçu qruplara qoşulub, xarici ölkələrdə təlimlər keçiblər. Onların bir çoxunun sonradan ölkəmizə qayıtdığı də bəllidir”, – deyə M. Rəhimli fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Bu gün, 09:35
Prezident İlham Əliyev Mingəçevirə gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır