İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
Tarix: 04-05-2024 17:17 | Bölmə: Siyasət
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib

Mayın 4-də Müsavat Partiyasının XI qurultayı keçirilib.

Reyting.az
xəbər verir ki, qurultayda Məclisə, Divana, Mərkəzi Nəzarət Komissiyasına üzvlər və partiyaya başqan seçkisi olub.

Seçkidə 278 nəfər iştirak edib. İştirakçılardan 3 nəfər əleyhinə olmaqla, 275 nəfər İsa Qəmbərin partiya başqanı seçilməsinə səs verib.

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}