00:02 / 19-05-2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
20:05 / 18-05-2024
Müdafiə Nazirliyinin idarə rəisi vəzifədən azad edilib
18:05 / 18-05-2024
Prezident və birinci xanım Zəngilanda: hotelin açılışı olub, qəsəbənin təməli qoyulub - (Yenilənir) - Fotolar
17:16 / 18-05-2024
Yaralı halda basdırılan şəxs qəbrdən sağ çıxarılıb
16:54 / 18-05-2024
26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb
16:44 / 18-05-2024
Prezident dörd kəndin təməlini qoyub - (Yenilənir)
16:41 / 18-05-2024
Müsavat Məclisinə sədr seçilib, başqana müavinlər təyin olunub
15:57 / 18-05-2024
Ruslar Volçansk şəhərini viran qoyub
15:50 / 18-05-2024
Ermənistan sərhədçiləri Kirants kəndinə gətirilib
15:45 / 18-05-2024
Zelenski: “Qərb Rusiyanın müharibəni uduzacağından qorxur”
15:16 / 18-05-2024
Sabahın hava proqnozu açıqlanıb
14:51 / 18-05-2024
Ruslar dəniz donanmasının müdafiəsini gücləndirir - Fotolar
14:21 / 18-05-2024
İşxan Gevorkyan və 4 tərəfdarı azadlığa buraxılıb
14:15 / 18-05-2024
İsrailin müharibə kabinetində qarşıdurma yaranıb
13:52 / 18-05-2024
Ruslar Rabotino kəndini geri alıb - Foto
12:35 / 18-05-2024
Çin kosmosa turist daşıyacaq - Foto
12:06 / 18-05-2024
General-mayor yeni vəzifəyə təyin olunub - Foto
10:46 / 18-05-2024
Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”
10:37 / 18-05-2024
Sabah Azərbaycan və İran prezidentləri sərhəddə görüşəcək
10:08 / 18-05-2024
Bakıda nənə və arvadını bıçaqlayan şəxs tutulub
09:50 / 18-05-2024
Yaşlı qadını döyərək pulunu alan şəxs saxlanılıb
08:42 / 18-05-2024
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar - Fotolar
08:00 / 18-05-2024
Misirdə sirli yeraltı tikili aşkar edilib - Fotolar
00:12 / 18-05-2024
Qəzzada öldürülən 3 girovun meyiti tapılıb
22:27 / 17-05-2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşüb
19:46 / 17-05-2024
Lukaşenkonun Azərbaycana səfəri başa çatıb
19:41 / 17-05-2024
Paşinyanın istefası müzakirə predmeti deyil - Deputat
19:20 / 17-05-2024
Poeziya müsabiqəsinin finalçıları müəyyənləşib - Siyahı
19:11 / 17-05-2024
Sui-qəsdə məruz qalan baş naziri ikinci dəfə əməliyyat ediblər
19:04 / 17-05-2024
Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub
15:03 / 16-05-2024
Bir kişi istəsə... Və ya “Parkda” nə baş verir? - Fotolar
08:50 / 14-05-2024
ABŞ dövlət katibi Kiyevə gəlib - (Yenilənib) - Foto
14:31 / 14-05-2024
Şuşa şəhərinə növbəti köç karvanı gedib - Yenilənib
14:23 / 14-05-2024
Aprelin “Ulduz”u çap olunub - Foto
17:49 / 14-05-2024
Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”
13:46 / 14-05-2024
Alim məşhur portretlə bağlı sirri açıb - Foto
08:49 / 14-05-2024
Məşhur pop-müğənni dünya turuna başlayır
16:43 / 14-05-2024
Ali məktəblərdən biri yenidən təşkil edilir, adı dəyişdirilir - Qərar
20:18 / 16-05-2024
Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
23:46 / 15-05-2024
Ermənistanla sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
07:29 / 15-05-2024
Tanınmış pop-qrupun konserti təxirə salınıb
14:52 / 14-05-2024
Bir qalanın sirri - Kənan Hacı yazır
Keçmiş səfirin Ramiz Mehdiyevə gizli məktubu yayılıb: sensasiyalı iddialar və... - Tam mətn
Tarix: 06-05-2024 17:11 | Bölmə: Siyasət
Milli Məclisin keçmiş üzvü, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür”,- girişli, “siz mənim dostum və ağsaqqalımsız”,- sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb.
Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.
Elmira Axundovanın rus dilində yazdığı gizli məktubun tərcüməsini təqdim edirik:
Hörmətli Ramiz müəllim!
Bu məktub sırf şəxsidir, yalnız sizin oxumağınız üçündür. Yenə məcbur olub sizə müraciət edirəm ki, mənə ailəmin cismindəki bu bədxassəli şişin – Fərman Məmmədovun öhdəsindən gəlməkdə köməklik göstərəsiniz. 3 ildən artıqdır ki, mənim qanımı içir, (o cümlədən sizə) saysız-hesabsız yalan və böhtan dolu məktublar göndərir.
O, uzun müddət ailəmizə yaxın olub, mənim etibarımı qazanıb, indi də öz xeyrinə redaktələr edib, hoqqabazlıq edərək, mətbuatda, müxalifət saytlarında şəxsi videolarımızı, fotolarımızı dərc edir.
Elnur İbrahimovun (pul mənimsəyən piramidanın yaradıcısı) işi üzrə istintaq başa çatıb, sübut olunub ki, bizim bu Fərmana heç bir borcumuz yoxdur, əksinə, hələ də bizə 100 mindən çox borcu var. Onun bütün yalanları üzə çıxdı, həm məhkəmədə, həm də istintaqda ziddiyyətli ifadələr verdi, bütün əlaltıları ondan uzaqlaşdılar. Və beləliklə o, tam dəli, sadəcə olaraq onun təxribatlarına boyun əymədiyimiz üçün bizdən qisas almaq üçün (1 il əvvəl ölən qızın qohumlarından alıb) oğlumun bəzi videolarını Meydan TV-də yayımlamağa başlayır. Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür (su əylənsi üçün banan şəkilli predmet), hovuzda və s. Orada xüsusi bir şey yoxdur, xüsusən kriminal bir şey, oğlum narkoman deyil, o siqaret belə çəkmir, xaricdə hesabı və villası yoxdur. Gecə-gündüz işləyir, 3 uşağı dolandırmaq üçün çalışır, mənə də kömək edir.
Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
... Amma bu avara Fərmanın Prezidentə bir qəpiklik xeyri dəymir və əfqanların pulundan, malından varlanıb (bizdə bütün dəlillər var), bizə də gecə-gündüz böhtan atır.
Onu bizim oliqarxlar maliyyələşdirir! İdman naziri Azad Rəhimov və onun dostu Elçin Hüseynov Fərmana məxsus binalarda almazlarını və zəngin ev dizaynı əşyalarını satırlar.
Bir dəfə Fərman özü mənə dedi ki, onlardan ayda 12-15 min dollar alır. Və bu pulla bütün həyatını Azərbaycanın imicinin möhkəmlənməsinə həsr etmiş olan mənə qarşı işləyir. Yəni Fərman faktiki olaraq müxalifətə işləyir. Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
Bir neçə dəfə Azad Rəhimovdan komsomol illərindən dostu olan Fərman Məmmədovu sakitləşdirməsini və Fərmanın gəlir mənbələrini itirməsi üçün bu lənətlənmiş ofisindən getməsini xahiş etdim. Azad Rəhimov dedi ki, biz oranı çox bahalı təmir etmişik, oradan niyə getməliyik? Bu o deməkdir ki, onlar üçün pul və qazanc bir qadının, prezidentin komandasına daxil olan dövlət xadiminin nüfuzundan daha vacibdir.
Buradan biz çox uzaqgedən nəticələr çıxara bilərik. İndi də bu pullar Meydan TV-yə işləyir və məndə məlumat var ki, Fərman və onun dəstəsi də dövlətimizin əleyhinə işləyir, müxalifətə sponsorluq edir. "KQB" bu əlaqələri aşkar edə bilərdi. Fərman “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyevlə əlaqə saxlayır və bu reket qəzetdə bizim əleyhimizə yazılar dərc etdirirdi. İndi Fərman və onun əlaltıları “Azadlıq”la, Emin Milli ilə Mirşahində işləyən Afət Telman qızı vasitəsilə ona materiallar göndərirlər. O, sosial şəbəkələrdə günlərlə haqqımızda nifrət dolu yazılar yayan Fərmanın “əlaltısı”nın – Şahin Məhərrəmlinin əmisi qızıdır. İndi də Mirşahinin rəhbərlik etdiyi Real TV Meydan TV ilə birgə xora qoşulub.
Mirşahinin də Emin Milli ilə əlaqə saxladığı və Azərbaycandan ona material ötürdüyü ortaya çıxsa, təəccüblənmərəm. Təsəvvür edin, mən deputat, xalq yazıçısı ona bütün günü-axşam zəng vururam, o da mənə yazır ki, məşğuldur, yoldadır və s…
Heç geri zəng etmədi. Və onun müxbiri Ləman Ələşrəfqızı (açıq-aşkar müxalifətçi) bu videonun efirdən çıxarılmasını tələb edəndə mənə mühazirə oxudu, dedi ki, sən mənə göstəriş verirsən? Onların hamısı belə dəli olub! Siz də ona yenidən efir verdiniz.
Tamamilə boş şeydir, o, problem yaradan və etibarsız biridir. Belə insanlar üçün müqəddəs heç nə yoxdur. Real TV-nin əməlləri ilə bağlı Nuşirəvan Məhərrəmliyə şikayətin surətini əlavə edirəm. Hüquq-mühafizə orqanlarına ciddi göstəriş versəniz, ləyaqətli insanları ləkələməklə məşğul olan, dövlət çevrilişinin olmasını gözləyən bütün bu şəbəkəni ifşa edəcəklər.
Ramiz müəllim, bu Fərman Məmmədov belə qüdrətlidir?
Doğrudanmı bütün ölkədə bu dəlinin qarşısını alacaq və mənim adımı qoruya biləcək bir adam yoxdur? İki ay əvvəl prezident mənə ən yüksək yazıçı adını verməklə mənə böyük etimad göstərdi. İndi isə mənə qarşı səlib yürüşü birbaşa və ya dolayısı ilə cənab prezidentə qarşı yönəlib. Mən belə başa düşürəm. Oğlumla mənim əlimizdə Fərman Məmmədovun 90-cı illərdəki və bugünkü çirkin maxinasiyaları ilə bağlı onlarla fakt var. "Əfqanlar" (Əfqanıstanda döyüşmüş veteran azərbaycanlılar - Red.) bir vaxtlar ondan fırıldaqlarına görə qisas almağa and içmişdilər. İndi də özünü kasıb və bədbəxt kimi göstərir. Bu zavallı keçmiş əfqan veteranının Həbibə verdiyini iddia etdiyi 600 min manatı haradan aldığını soruşmaq maraqlı olardı. Hardan alıb Həbibə verdi? Bütün bu faktları və məlumatları müvafiq orqanlar sözlə deyil, ciddi şəkildə dövlət əleyhinə çalışan, oliqarx süfrəsindən qidalanan bu qara şəxsiyyəti araşdırmağı öz üzərinə götürsələr, təqdim edə bilərik. Keçmiş əfqanlar Fərmanın Beynəlmiləl Döyüşçülər Cəmiyyətinin İdarə Heyətinin razılığı olmadan qanunsuz olaraq özəlləşdirdiyini sübut edən sənədlərlə Ədliyyə Nazirliyində olublar. Amma onlara ciddi qulaq asmadılar. Və hər yerdə belədir - onlar bizə rəğbət bəsləyirlər, amma bizə ona baş qoşmamağı məsləhət görürlər.
Bu Fərman Məmmədov belə qüdrətlidir? Bir sözlə, hamı mənə rəğbət bəsləyir, bəzi deputatlar, onlar da oliqarxdır, hər şeyin pulunu ödəməyə öyrəşiblər, mənim də bu məsələ ilə bağlı çox ciddi sübutlarım var ki, onlar ana müxalifət qəzetlərinə ayda 10 min dollar verirlər ki, onlar haqqında yazmasınlar, onlar mənə Fərmana pulu verməyi məsləhət görürlər, bir başqaları isə susur, cavab vermir və s.
İndi nə baş verir? Hamı sevinir və sakitcə əllərini ovuşdurur. Mən “Xalq yazıçısı” adına layiq görüləndən sonra hamı xüsusilə qəzəbləndi: "Aaa, yenə Elmira Axundovanın oğlu ilə bağlı video qoyublar, aaa, gör necədirlər?" Necəyik?
Hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim?
Oğlum bu günə kimi qanunsuz bir iş görməyib, yol polisində bir dəfə də olsun töhməti yoxdur, heç kimi öldürməyib, soyğunçuluq etməyib. İcarə müqaviləsində icarə məbləğini aşağı göstərən Fərmandan fərqli olaraq, oğlum kiçik biznesindən müntəzəm olaraq kifayət qədər böyük vergilər ödəyir və həqiqətən də ölkə iqtisadiyyatına kömək edir. Yaxşı, qanuni arvadından başqa bir qızla maraqlandı (Azərbaycan kişiləri arasında o qadınları kim sevmir), demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsinizsə, adlarını da çəkim?
Yaxşı, o, ekstremal idman növlərini - paraşüt, snoubord və s. sevir. Azərbaycanın bütün yol polisləri, bütün polisləri oğlum Həbibə pərəstiş edir. O, bizneslə məşğul ola bilir və biznesi necə təşkil etmək barədə maraqlı fikirləri var. Gecə-gündüz işləyir, prezidentini ürəkdən sevir və sosial şəbəkələrdə onun imici xeyrinə çox iş görür. Amma onun günahı deyil ki, bu canavar, bu ruhi xəstə Fərman adlı biri onun yolunda dayandı. Həm də təbii ki, müxalifət prezident seçkiləri kampaniyası zamanı səssiz qalmayan, bütün bu sosial şəbəkələri və sairəni pis, insanlıqdan kənar adlandıran anasına görə ondan qisas alır.
İndi də ölkəsini və prezidentini sonsuz (və ən əsası, səmimi) sevən bu yaradıcı, uğurlu insan məndən soruşur: “Ana, nə baş verir? Öz anasını bir manata satmağa hazır olan pullu cızma-qara yazanların bizə nə etdiyi niyə heç kimin vecinə deyil? Nə vaxta qədər mənim çirkli paltarlarımın içində eşələnib eyni şeyi yaza bilərlər?”
Və o, hüquqlarını qoruya bilmədiyi ölkədən getmək istəyir. O, həyatını vətənsiz təsəvvür edə bilməsə də, ölkəni tərk etmək istəyir. Mən isə ondan sonra gedəcəm, çünki Bakıda başqa qohumum qalmayıb. Çünki o mənim yeganə dayağım və ümidimdir, çünki son saatımda məni çiyinlərində daşıyacaq...
Həqiqətən ümid edirəm ki, siz mənim Azərbaycan dövlətçiliyinin təbliğinə verdiyim töhfələri başqalarından daha yaxşı başa düşən dostum və ağsaqqalım kimi mənim adımı qorumağa və mənə qarşı kampaniyaya yol verənlərin cəzalandırılmasına köməklik göstərəcəksiniz.
Axı bunun üçün müxtəlif yollar var: müvafiq idarələrə göstəriş verə bilərsiniz ki, hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etsinlər.
Məsələn, “Azərbaycan”, “Xalq” qəzetləri araşdırma apara bilər. Onun haqqında o qədər mənfi faktlar var ki! Belə ki, Ədliyyə Nazirliyi nəhayət, "əfqanların" açıqlamalarına ciddi reaksiya versin və onların ümumi yığıncağı keçirilən zaman Fərman Məmmədovun onlardan sənədləri necə alması ilə bağlı araşdırma aparsın. Əmlak Komitəsindən yoxlanılsın ki, belə böyük dövlət obyektini o, necə özəlləşdirib və s...
Tədbir görməsəz, mətbuat konfransı keçirib kartları açacağam!
Əgər Fərman Xeyrulla oğlu Məmmədov barəsində tədbir görülməsə, sentyabrın əvvəlində oğlumla birgə mətbuat konfransı keçirəcəyik, sonra bütün kartlarımı ortaya qoyacağam, ona sponsorluq edən oliqarxların adlarını açıqlayacağam, prinsipcə onların bizneslə məşğul olmaq hüququ yoxdur və s. və i. Bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var.
Ümid edirəm ki, siz məni başa düşəcək və ədaləti tapmağa kömək edəcəksiniz. Çünki bir daha deyirəm, bu kampaniya təkcə mənə qarşı deyil, hökumətimizin və prezidentimizin ən uğurlu və istedadlı PR mütəxəssislərindən birinə qarşıdır. Düşmənlər cəzalandırılmalıdır ki, başqalarına da görk olsun(Musavat.com)
***
Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq dələduzluq işi ilə əlaqədar olduğu iddia edilən “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli məktub barədə yayılan xəbərlərə aydınlıq gətirib.
E.Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"
Reyting.az
Bölməyə aid digər xəbərlər

17-05-2024, 19:41
Paşinyanın istefası müzakirə predmeti deyil - Deputat
17-05-2024, 16:33
Partiya sədri PA rəsmiləri ilə görüşdən danışıb: "Görüşü düşmənçilik hesab edənlər başa düşməlidir ki..."
17-05-2024, 16:10
Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub
17-05-2024, 15:34
Tunyan: “Düşünməzdim ki, erməni kilsəsi hakimiyyət dəyişikliyi ilə bağlı hərakata başlayacaq”
17-05-2024, 12:55
Zelenski Qərbdən nüvə təhlükəsizliyi zəmanəti almaq istəyir
17-05-2024, 09:55
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb
16-05-2024, 21:47
Britaniya və Fransanın nüvə silahı Avropanı Rusiyadan qoruya bilməyəcək
16-05-2024, 17:54
Erməni kilsəsi Azərbaycan-Ermənistan normallaşmasına qarşı çıxır
16-05-2024, 13:52
Əvəz Temirxanın deputatlığa namizədliyini irəli sürəcək
16-05-2024, 10:41
Daha çox xarici dil bilən deputatların adı açıqlanıb - Siyahı
15-05-2024, 21:26
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb
15-05-2024, 18:56
“Abzas Media” işi: Anar Məmmədli ilə Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmayıb
15-05-2024, 17:09
Qarabağ separatçılarının həbs müddəti uzadılıb
15-05-2024, 15:32
Xarkovda döyüşlər yenidən şiddətlənir... - Ukrayna ordusu geri çəkilir
15-05-2024, 14:13
Zərdüşt Əlizadə: “Paşinyan Bakıya gəlirsə, xoş gəlir”
15-05-2024, 13:39
Suriyadan daha 8 nəfər Azərbaycana gətirilib
15-05-2024, 13:33
Azərbaycan və Belarusun XİN rəhbərləri görüşüb - Fotolar
15-05-2024, 12:25
BŞİH Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib
14-05-2024, 17:50
Putin həm Şoyqunu, həm də Patruşevi zəiflədib
14-05-2024, 16:55
İrəvan: etirazçılar yenidən mərkəzi meydana toplaşır
14-05-2024, 15:02
Mirmahmud Mirəlioğlu: "Seçkidə iştirak etmək niyyətim yoxdur"
14-05-2024, 14:31
Şuşa şəhərinə növbəti köç karvanı gedib - Yenilənib
14-05-2024, 14:15
Milli QHT Forumunun yeni rəhbəri seçilib
14-05-2024, 11:29
Putinin Çinə səfərinin tarixi açıqlanıb
14-05-2024, 08:50
ABŞ dövlət katibi Kiyevə gəlib - (Yenilənib) - Foto
14-05-2024, 08:39
Mask Trampa dəstəyinin səbəbini açıqlayıb
13-05-2024, 22:42
Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə telefonda danışıb
13-05-2024, 18:03
Sabiq deputat barədə həbs-qətimkan tədbiri dəyişdirilməyib
13-05-2024, 16:41
Rusiya NATO ilə qarşıdurmaya hazırlaşır
13-05-2024, 15:01
Mirzoyan: Ermənistan XİN-nin keçmiş rəhbərləri fərarilərdir
13-05-2024, 14:47
Erməni deputat: Demarkasiya prosesi dayandırılmayıb
13-05-2024, 11:07
ATƏT sədri Ermənistanda səfərdədir
13-05-2024, 07:44
Sunak: “Yaxın 5 il təhlükəli dövrdür”
10-05-2024, 19:13
Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşüb
10-05-2024, 17:32
Mişustin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqlənib
10-05-2024, 14:58
Deputat: "Partiya kimi namizəd görəcəksə, o, seçkiyə gedəcək"
10-05-2024, 13:42
Ermənistan hökuməti arxiyepiskopu cəzalandırmaq istəyir
10-05-2024, 13:18
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
10-05-2024, 13:02
Putin baş nazir postuna Mişustinin namizədliyini irəli sürüb
10-05-2024, 12:53
ABŞ prezidentinə qarşı impiçment məsələsi gündəmə gəlib
10-05-2024, 10:30
YAP parlament seçkilərinə hazırlaşır
10-05-2024, 10:04
Bakı və Şuşa - Dinlərarası dialoq üçün ideal məkanlar
10-05-2024, 09:27
Macarıstan və Çin vahid mövqedən çıxış edirlər
9-05-2024, 21:53
Kilsə və müxalifət Paşinyana güc göstərir