Şuşaya növbəti köç karvanı yola salınıb - (Yenilənib)
Tarix: 25-05-2024 15:21 | Bölmə: Siyasət
Şuşaya növbəti köç karvanı yola salınıb - (Yenilənib)

Respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Şuşaya şəhərinə 32 ailə - 125 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Onu da qeyd edək ki, indiyədək Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Şuşa şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Reyting.az
xəbər verir ki, təqdimat mərasiminə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da qatılıblar.

Köçürülən ailələr Şuşada yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 32 ailə – 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}