Tovuzda kəşfiyyata cəhd edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb
Tarix: 25-07-2024 16:04 | Bölmə: Gündəm
Tovuzda kəşfiyyata cəhd edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.




Bölməyə aid digər xəbərlər