13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Koalisiya qüvvələri İraqdan çıxarılacaq - Foto
Tarix: 07-09-2024 10:27 | Bölmə: Xəbərlər
Koalisiya qüvvələri İraqdan çıxarılacaq

ABŞ və İraq hökumətləri ABŞ-nın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraq ərazisindən tamamilə çıxarılması üçün razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Plana əsasən, yüzlərlə hərbçi 2025-ci ilin sentyabrına, qalanları isə 2026-cı ilin sonuna qədər ölkəni tərk edəcək.

Xatırladaq ki, koalisiya qüvvələri 2014-cü ildən İraqda “İslam Dövləti” (İŞİD) yaraqlılarına qarşı mübarizə aparmaq üçün yerləşdirilib. Yaraqlı qrup nəzarət etdiyi ərazidən çıxarılsa da, koalisiya qüvvələri orada qalıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib