13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Harrisin kampaniya büdcəsi 361 milyon dollar artıb
Tarix: 06-09-2024 16:29 | Bölmə: Xəbərlər
Harrisin kampaniya büdcəsi 361 milyon dollar artıb

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası büdcəsi avqust ayında 361 milyon dollar artaraq 404 milyon dollara çatıb.

Reyting.az
xəbər verir ki, Harrisin büdcəsi keçən ay uğurlu bir ianə toplanması ilə artırılıb.

Beləliklə, vitse-prezident bu göstərici ilə seçkilərdə əsas rəqibi respublikaçı Donald Trampı qabaqlayır.

Qeyd edək ki, Tramp avqust ayında təxminən 130 milyon dollar toplayıb və ayın sonunda kampaniyasının ümumi büdcəsini 295 milyon dollara çatdırıb.

Hər iki namizəd seçki yarışı zamanı rekord məbləğdə - 1 milyard dollardan çox vəsait xərcləmək niyyətindədir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib