13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Raman Saley Paris-2024-də finala yüksəlib
Tarix: 07-09-2024 13:07 | Bölmə: Xəbərlər
Raman Saley Paris-2024-də finala yüksəlib

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Məlumata görə, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib