13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Nazirə yeni müşavir təyin edilib
Tarix: 06-09-2024 16:55 | Bölmə: Xəbərlər
Nazirə yeni müşavir təyin edilib

Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib