12:37 / 27-10-2025
Rusiyada tələbə xanımlara hamiləlik müavinəti veriləcək
12:36 / 27-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:31 / 27-10-2025
Saleh Səmədovun rəis oğlunu vəzifədən uzaqlaşdırıblar
12:30 / 27-10-2025
Ukrayna ordusu bir kəndi işğaldan azad edib
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
12:15 / 27-10-2025
Qarabağ sonasında daha 1644.6 hektar ərazi minalardan təmizlənib
12:02 / 27-10-2025
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub
11:55 / 27-10-2025
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istəyib
11:41 / 27-10-2025
Birinci Qarabağ müharibəsinin daha 16 itkin-şəhidi dəfn olunacaq - Siyahı
11:32 / 27-10-2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:29 / 27-10-2025
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib
10:50 / 27-10-2025
Allahşükür Paşazadə Papa ilə görüşəcək
10:37 / 27-10-2025
Harris prezidentlik iddiasından əl çəkməyib
10:31 / 27-10-2025
ABŞ ordusunun helikopteri və qırıcısı qəzaya uğrayıb
10:26 / 27-10-2025
Bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
10:13 / 27-10-2025
Opera müğənnisi: "Xalq artistləri kafe səviyyəsindədirlər"
09:53 / 27-10-2025
Gələn il pensiya kapitalı nə qədər artırılacaq? - Deputatın şərhi
09:45 / 27-10-2025
Ukraynadan ikinci mühacirət dalğası başlayacaq
09:37 / 27-10-2025
Ruslar yeni sanksiyalardan yayınmağa çalışır
09:06 / 27-10-2025
Böyük təhlükə xəbərdarlığı: süni superintellektin yaradılmasını dayandırın!
08:58 / 27-10-2025
İngilis kəşfiyyatı təhdidlərə uyğunlaşa bilmir
08:51 / 27-10-2025
ABŞ-da çinovniklərə ərzaq talonları verilməyəcək
08:46 / 27-10-2025
Tokio Moskva ilə anlaşmağa hazırdır
08:42 / 27-10-2025
Məşhur aktyor və musiqiçi dünyasını dəyişib
08:34 / 27-10-2025
İstanbul danışıqları daha iki gün davam edəcək
08:30 / 27-10-2025
“Tramp daha çox mafioza bənzəyir” - Professor
07:54 / 27-10-2025
Yeddi milyard dollarlıq layihənin icrasına başlayırlar
07:51 / 27-10-2025
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Nekroloqvari sarkastik reportaj - Akif Əli yazır
Tarix: 17-07-2024 07:51 | Bölmə: Akif Əli

Akif ƏLİ
(Qara yumor)
“Ölüm-itim” Nyus Xəbər Medianın müxbiri Sevindik Şənsəsin hadisə yerindən eksklüziv reportajını təqdim edirik.
- ...Biz hadisə yerinə çatanda “Çal-Çağır” Mərasim Sarayında böyük izdiham yaşanırdı. Hamı sevinc içərisində deyib-gülür, şənlənirdi. Xalqımıza ağır itki üz verməmişdir. Məlum olduğu kimi, hələ ötən əsrin ortalarından adını çıxarıb dəyirmanda oturan, ortada yeyib qıraqda gəzən, taleyüklü məsələlərdə qeyb olub ara sakitləşəndə üzə çıxan, Şimaldan üfürülüb Cənubda şişirdilən, milli mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olmayan məşhuri-cahan mədəniyyət və incəsənət xƏdimi, sayğıdəyməz Azar Bezarlinski qəflətən vaxtında vəfat etmişdir.
Bu əlamətdar hadisə münasibətilə yaradılan Basdırma Komissiyası “Çal-Çağır” Mərasim Sarayında mərhumu sevməyənlərin iştirakı ilə təntənəli vida mərasimi keçirirdi. Komissiyanın poçtuna Azar Bezarlinskinin ölümü münasibətilə hər tərfdən təbrik teleqramları daxil olmaqda idi.

Ömrünü cəfəng əsərlər yaratmağa sərf edərək, daimi eyforiya içində yaşayan bu görkəmsiz sənətkarın ictimai əhəmiyyətsiz fəaliyyəti, həmkarlarına qarşı mütəmadi qabalıq və kobudluq etməsi, eləcə də orijinal əsər adına ortaya çıxartdığı plagiat kompozisiyaları müəllifə böyük hörmət gətirməmiş, oxucu-tamaşaçı-dinləyici sevgisi qazandırmamışdır.
Əsasən kreativ üslubda gözəgirənlik, bacarıqlı sürtüklük və fövqəladə sırtıqlıq fəaliyyəti, həmçinin genetik satqınlıq xidməti sayəsində mahir demaqoq özünə xeyli döş nişanı, vımpel, sertifikat, tərif blankı, titul vərəqləri yığmış, oğluna, qızına, nəvəsinə, nəticəsinə və kötücəsinə bəs qədər evlər, bağlar, bağçalar, avtomaşınlar, geyim və zinət əşyaları toplamış, xüsusilə külli miqdarda zəhmətsiz qonorarlar əldə edə bilmişdir.
Anbar, zirzəmi və arxiv rəflərində toz basmış xeyli sayda mənasız əsərlərinin süni intellekt xətti, elmi-ədəbi-bədii-sənədli-publisistik-fantastik əsərlərindəki saxta süjetlər, cılız obrazlar, bağ-bağça, meydan, teatr, kino, radio, televiziya, sirk və konsert zallarının repertuarında daim nümayiş etdirilən cızma-qaralarındakı əllaməçilik və aşağı sənətkarlıq xüsusiyyətləri bir qayda olaraq geniş oxucu-tamaşaçı-dinləyici kütləsinin lağ obyektinə çevrilmişdir.

Sənət aləminə qədəm qoyduğu uzaq dövrlərdən başlayaraq, ancaq özünü və özününküləri tərif, təqdir və təbliğ edən, bütün ictimai-siyasi-elmi-mədəni-dini tədbirlərdə görünən, yüksək maaş, mükafat, qonorar, təltif, bölgü siyahılarında təvazökarlıqla birinci öz adını yazan mərhumun dar çərçivəli yaradıcılıq imkanları geniş kütlələri maraqlandırmamış, qədirbilən sənətsevərlər tərəfindən hərarətlə rədd edilmişdir.
“Çal-Çağır” Mərasim Sarayına toplaşan həmkarları mərhumla vidalaşmaq üçün böyük məmnunluq və sevinc hissləri ilə ard-arda səhnəyə qalxır, tribuna arxasında növbə tuturdular. Onlar candərdi çıxış edərək görkəmsiz sənətkarın sönük yaradıcılığından alovlu nitqlər söyləyir, əsərlərinin aşağı səviyyəli sənətkarlıq xüsusiyyətlərindən boğazdanyuxarı danışırdılar.
Şadyanalıq tədbirində çıxış edənlər heç vaxt əlindən yaxşılıq gəlməyən Azar Bezarlinskinin kimsəyə aman vermədən bütün şəhər, rayon, qəsəbə, kənd və məhəllə klublarında, irili-xırdalı mədəni-maarif-sənət ocaqlarında, fabrik-zavod-kolxoz-sovxoz-ferma sahələrində, xeyir-şər meydanlarında məcburi qaydada nümayiş etdirilən cızma-qaralarından mənasız sitatlar gətirdilər.
Əsas etibarilə nəsillikcə istedaddan məhrum oğul-qız-nəvə-nəticə-qohum-əqraba-tanış-bilişlərini irəli çəkən, yol göstərən, işə düzəldən, qabağa itələyən, əksinə, istedadlı yaradıcı gənclərin isə qənimi olan, daim yolunu kəsən, qarşılarına kötük itələyən, əngəl törədən, inkişaflarına mane olan, aramsız zəng, donos, şikayət, anonim və böhtanları ilə onları bezdirib həvəsdən salan, yaradıcılıqdan uzaqlaşdıran, lazım gəldikdə hətta işdən çıxartdırıb çörəyinə bais olan Azar Bezarlinskinin “Beynəlxalq Qrinviç Etalon Sisteminə” uyğunlaşdırılmış əsil fantasmaqorik “ziyalı” xasiyyətinin görməmiş cəhətlərini, mahiyyətindəki şərbazlıq xüsusiyyətini və gələcək nəsillər qarşısındakı pisniyyətli xidmətlərini dönə-dönə vurğuladılar.
Şən əhval-ruhiyyədə keçən təntənəli hüzr mərasiminin rəsmi hissəsi sona çatdıqa, səhnədə özünəməxsus tərzdə köndələn uzandırılan Azar Bezarlinskinin nəşini şəhərin yay günlərində tezbazar sürüyüb binadan açıq havaya çıxartmazdan əvvəl, görkəmsiz sənətkarın bütün üslub, növ və janrlarda yazıb-pozduğu, uzun illər xalqın gözünü yağır edən, zövqünü korlayan mənasız cızma-qaralarından ibarət bədii proqram bir daha zala toplaşanların baş-beynini apardı, son dəfə hamının zəhləsini tökdü.
Nəhayət, mərhumla vidalaşma konsert-tamaşası başa çatdı. İstedadsız mədəniyyət və incəsənət xƏdiminin nəşi sevinc göz yaşları içində gurultulu alqışlarla qırmızı limuzin-katafalka yükləndi və şəhərin ucqar məzarlığına doğru yola salındı.

İlk andan şən-şaqraq qəhqəhələrlə cənazə törəninin arxasınca yürüyən izdihamın əksəriyyəti tədricən dəstədən geridə qalıb, Mərasim Sarayında təşkil olunmuş vida banketinə qayıtdı. Yolboyu get-gedə seyrələn insan kütləsindən axıra iki cüt-bir tək Basdırma Komissiyasının üzvləri qaldılar. Onlar hamını bezdirib zəhləsini tökmüş görkəmsiz sənətkarın cəsədini məzarıqda intizarla gözləyən qəbirqazanlara təhvil verdilər.
Namuslu fəhlələr xalq arasında “görməmiş ziyalı” kimi tanınan mərhum haqqında bir-birindən məzəli anekdotlar danışa-danışa, meyiti hələ bir il əvvəldən qazılıb hazır saxlanan məzara quylayıb, dərhal üstünü torpaqladılar. Mərhumun qəbrinin üzərinə nəvazişlə qanqal, gicitkan, dəvədabanı, keçiəmcəyi, ayıpəncəsi budaqları düzüldü. Ətrafına qaratikan kolları əkildi. Ruhuna yekdilliklə lənətlər yağdırıldı.
Ən sonda hamı bir ağızdan üç dəfə xorla “Lənət, lənət, lənət!” deyib dərindən nəfəs aldı və şükr edə-edə vaxt itirmədən maşınlara əyləşib “Çal-Çağır” Sarayındakı vida banketinə tələsdi. Məşhuri-cahan sənətkarın üstünü torpaq örtən kimi dərhal unudulmuş, varlığı-yoxluğu bilinmədən tamamilə yaddan çıxmışdı...
Biz də qızmar günəş altında istidən quruyan boğazımızı yaşlamaq üçün, Azar Bezarlinskinin dəfn təntənələrindən hazırladığımız xüsusi reportajı məzarlıqdakı hörmətli axundun yekun duası ilə bitirib, vida şənliyinə yollanırıq: “İlahi, xalqımıza bir də belə müsibət göstərmə!”
16.07.2024
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki