Hava şəraiti dəyişir: yağış və qar yağacaq - Proqnoz
Tarix: 15-03-2025 14:13 | Bölmə: Slayd
Hava şəraiti dəyişir: yağış və qar yağacaq

Azərbaycan ərazisində hava şəraiti dəyişəcək.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, ölkə ərazisində müşahidə edilən mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq hava şəraiti dəyişəcək, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, fasilələrlə yağıntı olacaq. Temperatur ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcək.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər