Koreyalı gənclər ABŞ-dan qisas almaq istəyirlər
Tarix: 25-06-2025 08:49 | Bölmə: Dünya
Koreyalı gənclər ABŞ-dan qisas almaq istəyirlər

KXDR gəncləri “Amerika imperialistlərindən qisas almaq” şüarı ilə Pxenyan Gənclər Parkının yay teatrının yerində mitinq keçiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Tribunada çıxış edənlər dedilər ki, hər il iyunun 25-i yaxınlaşanda (Koreya müharibəsi 25 iyun 1950-ci ildə başlayıb – red.) Amerika imperialistr- təcavüzkarlarına qarşı nifrət artır və onlarda qisas almaq istəyi daha da güclənir”,- məlumatda qeyd olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər