İranda daha üç agenti edam ediblər
Tarix: 25-06-2025 11:44 | Bölmə: Dünya
İranda daha üç agenti edam ediblər

İranda İsrailin kəşfiyyat xidməti “Mossad”-a casusluqda təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 nəfərin cəzası icra olunub.

Reyting.az
xəbər verir ki, bu barədə İran dövlət televiziyası məhkəmə hakimiyyətinin yazılı açıqlamasını yayıb.

Qeyd edilir ki, İdris Əli, Azad Şucai və Rəsul Əhməd Rəsulun İran Ali Məhkəməsi tərəfindən təsdiqlənən hökmləri səhər saatlarında Urmiyada icra edilib.

Sözügedən şəxslər “korrupsiyaya səbəb olmaqda” və “müharibə cinayətləri”ndə, guya düşmən xarici dövlətlərlə əməkdaşlıqda, qadağan edilən avadanlığın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində ittiham ediliblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər