İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
Tarix: 04-07-2025 10:08 | Bölmə: Slayd
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)

İran prezidenti Məsud Pezeşkian bu gün Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

Reyting.az
xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.




Bölməyə aid digər xəbərlər