İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır
Tarix: 04-07-2025 09:51 | Bölmə: Dünya
İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

İsrail və HƏMAS arasındakı qarşıdurmada müsbətə doğru irəlləyiş var. İsrail və Amerika mənbələrinin bildirdiyinə görə, tərəflər 60 günlük atəşkəsə az qala razılaşıblar.

Reyting.az
“Bild” nəşrinə istinadla bildirir ki, İsrail artıq ABŞ-nın hazırladığı saziş layihəsinə razılıq verib. İndi qərar HƏMAS-ındır - sabah yekun cavab gözlənilir.

“The New York Times” yazır ki, müqavilə fələstinli məhbusların müqabilində 10 diri və 18 ölü israilli girovun mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur. Proses iki ay çəkəcək və beş mərhələyə bölünəcək. Eyni zamanda, HƏMAS girovların qaytarılması üçün açıq mərasimlərdən çəkinməyə söz verib.

Qeyd edək ki, İsrail ordusu HƏMAS-ın əsirliyində 50 nəfərin qaldığını, onlardan 27 nəfərin öldürüldüyü güman edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər