Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 08-02-2026 23:18 | Bölmə: Slayd

Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.
Reyting.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasından bildiriblər.
Bəyanatda deyilir:
"Hörmətli cənab Vens,
Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.
"Odlar Yurdu"na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.
Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilmişdir.
Keçən il Bakıda "İsa Məsihin son Zaman Müqəddəsləri Kilsəsi"nin Bakı ofisinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.
Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləri boşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsi dağıdılmışdır. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş, tarixi saxtalaşdırılmışdır. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilmişdir.
Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar.
Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.
Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.
Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik.
Biz, eyni zamanda, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun tezliklə reallaşmasını gözləyirik.
Hörmətli cənab Vens,
Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək.
Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız vardır.
Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir".
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək