Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 10-02-2026 10:18 | Bölmə: Slayd

ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çin lideri Si Cinpinlə zirvə görüşü üçün Pekinə səfər edəcək.
Reyting.az “Politico” nəşrinə istinadla xəbər verir ki, Donald Trampın planları ilə tanış olan üç mənbə məlumatı təsdiqləyib. Lakin Ağ evin sözçüsü səfər tarixlərinin hələ müəyyən edilmədiyini bildirib.
Yeri gəlmişkən, 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən zirvə görüşündən sonra Tramp apreldə Çinə səfər etmək niyyətini açıqlayıb.
Həmçinin qeyd etmək lazımdır ki, iki lider ötən həftə telefonla danışıblar. Hesab edilir ki, söhbət növbəti səfərə hazırlıq xarakteri daşıyır. Söhbət zamanı ticarət məsələlərindən tutmuş xarici münaqişələrə qədər müxtəlif məsələlər müzakirə olunub.
Rəsmi mənbələrə görə, Donald Tramp bildirib ki, Si Cinpinlə söhbəti zamanı liderlərin 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdə müzakirə etmədikləri Tayvan mövzusunu da müzakirə ediblər.
Qeyd olunur ki, yaz danışıqlarında Tayvan məsələsi də müzakirə oluna bilər.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu vurğulayıb: “Tayvan Çinin ərazisidir. Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumalıdır. Çin heç vaxt Tayvanın ayrılmasına icazə verməyəcək. ABŞ Tayvana silah satmaqda ehtiyatlı olmalıdır".
"Politico" yazır ki, qarşıdan gələn sammit iki lider arasında 2026-cı ildə keçiriləcək dörd görüşün birincisi ola bilər. ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Si Cinpinin Donald Trampla bu yay Vaşinqtonda və ya Mar-a-Laqoda görüşməsi də mümkündür. Liderlər həmçinin Mayamidə keçiriləcək G20 sammitində və Çinin Şençjen şəhərində nəzərdə tutulan APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq) çərçivəsində görüşə bilərlər.
Y. QACAR
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək