Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
Tarix: 09-02-2026 08:05 | Bölmə: Slayd

Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır

İran prezidenti ABŞ-la aparılan danışıqların nəticələrini dəyərləndirib.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki paylaşımında İran və ABŞ arasında Omanda aparılan danışıqların nəticələri barədə yazıb.

“Bölgədəki dost dövlətlərin dəstəyi ilə İran və ABŞ arasında aparılan danışıqlar irəliyə doğru bir addım idi”, - yazan Pezeşkian onu da vurğulayıb ki, Tehranın əsas strategiyası həmişə fikir ayrılıqlarını dialoq və sülh yolu ilə həll etmək olub.

E. KAMAL





Bölməyə aid digər xəbərlər