Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 11-02-2026 08:19 | Bölmə: Slayd

Məlum olduğu kimi, ABŞ vitse-prezidenti C. D. Vensin regiona səfəri başlayıb. İrəvanda müvafiq görüşlər keçirən cənab Vens dünən Azərbaycana gəlib. Bu ərəfədə Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini də qəbul edib. Görüşdə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “bp”, “Boeing Global”, “Mastercard” və s. kimi aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Qarşılıqlı səfərlər və görüşlərdə verilən mesajlar ABŞ-nın region ölkələri ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir.
Reyting.az-ın məlumatına görə, mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, ABŞ-nın aparıcı 31 şirkətindən 60 nəfərdən çox nümayəndə heyətinin ölkəmizə səfəri və ölkə rəhbərliyi səviyyəsində müzakirələrin aparılması Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin uzunmüddətli perspektivlərindən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycan özünün iqtisadi inkişaf strategiyasının prioritetlərini dəfələrlə müxtəlif görüşlərdə - ABŞ-da keçirilən müzakirələrdə, Dünya İqtisadi Forumunda və digər müstəvilərdə səsləndirib və bu istiqamətdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır.
A. Əsədov regionda sülhün möhkəmləndirilməsində Azərbaycanın, eləcə də Ermənistanın iqtisadi inkişaf perspektivlərinin reallaşmasında dünyanın bir nömrəli dövləti ABŞ-nın da maraqlı olmasını sevindirici hal sayır:
“Təbii ki, ABŞ-nın regiona gəlişinin əsasını təşkil edən TRIPP layihəsi (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) beynəlxalq arenada da olduqca maraqla qarşılanır və perspektivli layihə kimi qiymətləndirilir. Bunun paralelində, aparıcı ABŞ şirkətlərinin ölkəmizin enerji, nəqliyyat, təbii qaz, turizm, süni intellekt, data mərkəzləri, müdafiə sənayesi kimi istiqamətlərlə maraqlanması Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərini ifadə etməklə, həm də iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının ilkin müsbət nəticələri kimi də dəyərləndirilə bilər”.
A. Əsədovun fikrincə, adətən biznes əlaqələri siyasi münasibətlərdən daha sürətlə inkişaf edir, amma Azərbaycan-ABŞ əlaqələrinin özünəxsusluğu həm də ondadır ki, burada siyasi münasibətlər biznes əlaqələrini qabaqlayır. 2025-ci il avqustun 8-də Ağ evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü iki ölkə arasında biznes münasibətlərinə, iqtisadi əlaqələrə xüsusi stimul verdi. Avqust görüşündən bir neçə ay sonra artıq ABŞ-nın aparıcı şirkətləri ölkəmizdəki əlverişli investisiya mühitini canlı olaraq görmək, investisiya yatırımı sahələrini konkretləşdirmək və uzunmüddətli biznes əlaqələri qurmaq üçün Bakıdadır:
“Dövlət başçısı ilə keçirilən görüşdən də aydın olduğu kimi, nəqliyyat və logistika, bərpa olunan enerji mənbələri, süni intellekt və data mərkəzlərinin yaradılması, yeraltı enerji qaynaqlarının istismarı, turizm xidmətləri və s. kimi sahələr Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin aparıcı istiqamətləri kimi zəngin potensial imkanlara malikdir.
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-nın ölkəmizdə səfərdə olan şirkət rəhbərləri ilə görüşdə səsləndirdiyi: “...Bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”,- fikirləri də Azərbaycanda investisiyalar üçün əlverişli mühitin yaradıldığını və uzunmüddətli sabitliyin bir daha təsdiqidir”.
A. Əsədov əlavə edib ki, Azərbaycan regionun lider dövlətidir, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Ölkəmiz 25-30 il əvvəldən başlayaraq etibarlı nəqliyyat infrastrukturu formalaşdırıb, bütün növ yükləri daşımağa qadir mexanizmlər yaradıb. Bütün bunlar regiona maraq göstərən tərəflərin Azərbaycanla iqtisadi əlaqələrini zərurətə çevirir. Yəni regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Bu baxımdan, dünyanın bir nömrəli dövləti də bunu dəqiqliklə bilir, yüksək qiymətləndirir və Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək