İran Rusiya ilə gizli müqavilə imzalayıb
Tarix: 23-02-2026 00:02 | Bölmə: Slayd

İran Rusiya ilə gizli müqavilə imzalayıb

İran Rusiya ilə hava hücumundan müdafiə raketlərinin alınması üçün 500 milyon avro (589 milyon dollar) dəyərində gizli müqavilə imzalayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə və müqavilənin mətninə istinadla yazıb.

İddia olunur ki, müqavilə müasir daşına bilən raketlər üzrə imzalanıb.

Müqavilə dekabr ayında Rusiyanın dövlətə məxsus silah ixracatçısı “Rosoboronexport”, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi və İran Silahlı Qüvvələrinin logistika agentliyi tərəfindən bağlanıb.

Müqaviləyə görə, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” daşına bilən raket və 2500 ədəd “9M336” raketi tədarük etməlidir. Təchizatlar 2027-ci ildən 2029-cu ilə qədər üç mərhələdə həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya və İran 2025-ci ilin yanvar ayında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Ötən ilin yazında təsdiqlənən sənəd iki ölkə arasında əlaqələrin inkişafını, o cümlədən Qərb sanksiyalarına qarşı müstəqil logistika və maliyyə zəncirlərinin yaradılmasını təsbit edir. Fevralın 19-da isə İran və Rusiya Oman körfəzində və Hind okeanının şimalında birgə təlimlər keçiriblər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər