Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 25-02-2026 16:11 | Bölmə: Slayd

“ABŞ prezidenti Donald Tramp İrana zərbə endirəcək. Tramp faktiki olaraq “Ağa Nəzərəm, belə gəzərəm”,- prinsipi ilə hərəkət edir. Özünü dünyanın ağası kimi aparır. Sözsüz ki, İran da zəif dövlət deyil. Bu baxımdan “dinsizin öhdəsindən imansız gələr”,- deyimi burada yerinə düşür”.
Bu fikirləri İran ətrafında yaranmış gərginliyi “Reytinq” qəzetinə şərh edən professor Cümşüd Nuriyev səsləndirib.
Onun sözlərinə görə, İrandakı mövcud rejim uzun illərdir insanlara ciddi çətinliklər yaradıb, məhrumiyyətlər tətbiq edib və nəticədə cəmiyyətin müəyyən hissəsi bu quruluşdan narazıdır.
İranın qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə isə dördüncü yerdə olduğunu xatırladan C. Nuriyev bildirib ki, ölkə zəngin təbii sərvətlərə malikdir: “Bu səbəbdən Tramp İranı nəzarətə götürməyə çalışır. ABŞ dünya neftinin 60 faizinə sahib olan körfəz ölkələrinin öz mövqeyində qalmasını istəyir və burada İran açar ölkədir”.
Professorun fikrincə, İran da ABŞ-a ciddi zərər vura bilər: “İranı əsasən Çin və Rusiya qızışdırır. Əgər Amerika İrana quru qoşunları ilə müdaxilə etsə, böyük itkilər verə bilər. Rusiya və Çinin istədiyi də budur. ABŞ quru qoşunları ilə İrana girərsə, oradan asanlıqla çıxa bilməz və itkilər çox olar. Bu halda Tramp ölkəsində aralıq seçkiləri uduza, Konqresdə isə ona qarşı güclü müxalifət formalaşa bilər. Ümumilikdə, ABŞ-nın İrana müdaxiləsi həm bu ölkədəki rejimin sonu, həm də Amerikanın zəifləməsinin başlanğıcı ola bilər”.
C. Nuriyev sonda qeyd edib ki, ABŞ Venesuela ilə bağlı əməliyyatlara 3 milyard dollar xərcləyib və nəticədə 50 milyard dollar gəlir əldə edib. Onun sözlərinə görə, Trampın İran ətrafında apardığı əməliyyatların dəyəri 10 milyard dollardan çoxdur: “Deməli, İranın da var-dövlətini daşıyıb aparacaqlar. İran qədim tarixə və zəngin mədəni irsə malikdir. İraqda olduğu kimi, burada da tarixi sərvətlərin talan ediləcəyi istisna deyil. Gələcəkdə İranın qiymətli əşyalarına ABŞ muzeylərində rast gəlmək mümkündür”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək