Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 20-02-2026 13:48 | Bölmə: Slayd

Prezident İlham Əliyevin Donald Trampın təşəbbüsü ilə ABŞ-da keçirilən Sülh Şurasının tədbirində iştirakı Bakının qlobal diplomatik platformalarda fəal mövqeyini nümayiş etdirir. Bu addım eyni zamanda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik məsələlərində artan rolunun təsdiqi kimi qiymətləndirilir. Belə platformalar Azərbaycan üçün həm siyasi dialoqu gücləndirmək, həm də milli maraqları daha geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə məsələni “Reytinq” qəzetinə şərh edərkən bildirib ki, Azərbaycan liderinin Amerikaya səfəri yüksək səviyyədə baş tutub və bu, dövlətimizin nüfuzunun göstəricisidir.
Onun sözlərinə görə, bu səfər əvvəlkilər kimi Prezident İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında yüksək səviyyəli, dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcudluğunu bir daha nümayiş etdirir.
A. Mollazadə hesab edir ki, prezidentlər arasındakı yüksək səviyyəli münasibətlər ölkələrimiz arasında əlaqələrin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Milli Məclisin üzvü xatırladıb ki, Əliyevin ABŞ səfəri beynəlxalq nüfuzlu təşkilatın yaradılması ilə bağlı tədbirdə iştirak məqsədi daşıyıb:
“Tədbir zamanı Azərbaycan lideri qeyri-rəsmi olaraq bir sıra həmkarları ilə təmas qurub, fikir mübadiləsi aparıb. O cümlədən ABŞ prezidenti ilə də yüksək səviyyəli münasibətlərin olduğu açıq şəkildə göründü. Bunlar müsbət hadisələrdir və Azərbaycanın artan nüfuzunu göstərir. Burada Prezident İlham Əliyevin liderlər arasında formalaşmış nüfuzuna da diqqət yetirilməlidir. Bəli, Azərbaycan liderinin dünya liderləri ilə müsbət və etibarlı əlaqələri var. Bu da ölkəmizə əlavə dividendlər qazandırır”.
Mollazadə sonda əlavə edib ki, müasir dünyada BMT-nin öz üzərinə düşən vəzifələri tam şəkildə həyata keçirə bilməməsi fonunda Sülh Şurasının nüfuzu artır: “Azərbaycan da bu qurumun yaradılmasına töhfə verib və ənənələrinə sadiq qalaraq təşkilat daxilində humanitar siyasətə üstünlük verir”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək