Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 24-02-2026 09:31 | Bölmə: Slayd

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq barədə qərar qəbul edib.

Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, yeni tənzimləmə qərar rəsmi jurnalda dərc edildiyi gündən, yəni fevralın 24-dən qüvvəyə minəcək.

Avropa İttifaqı Şurasının qəbul etdiyi qərar “Journal of the European Union” jurnalında dərc olunub.

“Məhdudlaşdırıcı tədbirlər haqqında” 2022-ci il tarixli 266 nömrəli qərarın müddəti 2027-ci il fevralın 24-dək uzadılsın”, - deyə məlumatda bildirilir.

Aİ “Birlik tərəfindən tətbiq edilən bütün tədbirlərin qüvvədə saxlanılmasını" məqsədəuyğun hesab etdiyini vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər