Ayətullah Xamnəi baş nazir Abe ilə görüşdə: “Trampın təklifini cavabsız qoyacağam”
Tarix: 13-06-2019 13:51 | Bölmə: Siyasət
Ayətullah Xamnəi baş nazir Abe ilə görüşdə: “Trampın təklifini cavabsız qoyacağam”

“Biz nüvə silahının hazırlanmasının əleyhinəyik və mənim şəri fitvamla nüvə silahının hazırlanması haram sayılıb”.

Reyting.az
Khamenei.ir saytına istinadla xəbər verir ki, bunu Yaponiya baş naziri Şinzo Abe ilə bu gün keçirilən görüşündə İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

Baş nazir Şinzo Abe: "Mən Birləşmiş Ştatlar prezidentinin bir mesajını çatdırmaq niyyətindəyəm", – deyib.

Ayətulah Xamnəi bildirib: "Biz sizin yaxşı niyyətinizə şübhə etmirik, amma Tramp mesajlarını tez-tez dəyişir və mən ona heç bir cavab verməyəcəyəm".

Yapon baş nazirin sözlərinə görə, ABŞ İranda rejim dəyişməyi planlaşdırmır.

Xamnəi bildirib ki, “bu yalandır”.

Baş nazir və onu müşayiət edən heyrətlə görüşdə Xamnəi bildirib: “İslam Respublikası ABŞ-a etibar etmir. Nüvə sazişi çərçivəsində danışıqların əvvəlki acı təcrübəsi bunu sübut edir. Heç bir sağlam zəkalı və azad tərəf bu şərtlərlə ünsiyyətə girməz”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}