16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əmək pensiyaları artırılır - Dəyişiklik
Tarix: 14-08-2019 18:04 | Bölmə: İqtisadiyyat
Əmək pensiyaları artırılır

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib. Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub.

Reyting.az
xəbər verir ki, qanun aşağıdakı kimi dəyişdirilib:

- 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;

- 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;

- aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}