14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Əli Kərimlinin müşavirinin səs yazısı yayıldı: “Mitinqə gəlmirlər, biabır oluruq” - Foto
Tarix: 10-10-2019 21:22 | Bölmə: Siyasət
Əli Kərimlinin müşavirinin səs yazısı yayıldı: “Mitinqə gəlmirlər, biabır oluruq”

AXCP sədri Əli Kərimlinin yaxın adamlarından birinin - partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə səs yazısı yayılıb.

İbrahim Məmməd Əziz oğlu – 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir.

Musavat.com xəbər verir ki, M. İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub.

Əli Kərimlinin müşavirinin səs yazısı yayıldı: “Mitinqə gəlmirlər, biabır oluruq”
Məmməd İbrahim

Məmməd İbrahim audioyazıda deyir ki, bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik ya İcra Hakimiyyətinin ya da Prezident Administrasiyasının qarşısında:

“Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. “Dvadsatı”-ya gəlmirdilər, “Dvadsatı”-ya biz 2 min, 3 min adam yığırdıq. 2 min, 3 min adam gəlmişdi “Dvadsatı”-ya. 20-ci sahədən uzaqdı Lökbatan. “Dvadsatı”-ya 2 min adam gəldi, biabır olduq, biabır olduq, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək, bu Lökbatandan."

Bu lent yazısından AXCP və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi aydın olur. Elektorat Əli Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən AXCP funksionerləri isə mitinq keçirməkdən daha çox, məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Çünki, Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və biabır olurlar...





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}