17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Lukaşenkonun ciddi xəstə olması haqda məlumat yayıldı
Tarix: 07-11-2019 19:00 | Bölmə: Slayd
Lukaşenkonun ciddi xəstə olması haqda məlumat yayıldı

Belarus prezidenti Aleksandr Lukaşenkonun gizli şəkildə Əbi-Dabidə müalicə olunması ilə bağlı məlumat yayılıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, ölkənin dövlət KİV-ləri və Lukaşenkonun mətbuat xidməti noyabrın 1-də prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri haqda məlumat yaydıqdan sonra NEXTA ilə əlaqə saxlayan məmur adının anonim qalması şərtilə iddia edib ki, dövlət başçısı ciddi xəstədir və səfərin məqsədi Burjee klinikasına yerləşmək olub.

“O, həmin klinikada artıq dördüncü sutkadır yatır”, - deyə xəbərdə bildirilir.

İddia olunur ki, Belarus prezidentinin karvanı həmin tibb müəssisənin avtomobil dayanacağında da görünüb.

65 yaşlı Lukaşenkonun diaqnozu həmin postlarda qeyd edilmir, ancaq hələ 2014-cü ildə JJ d-zholik istifadəçisi yazırdı ki, “Batka” duabet xəstəliyinə tutulub və xəstəliyin ağır mərhələsindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}