10:47 / 19-09-2025
STM dövlət suverenliyi barədə sorğu keçirib
10:40 / 19-09-2025
Rusiya Kiyevə yenidən hücum edib
10:27 / 19-09-2025
Donald Tramp Çinlə razılaşmağın yolunu tapıb
10:23 / 19-09-2025
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir
10:14 / 19-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığında PUA meydançası qurub - Foto
10:14 / 19-09-2025
Təhsil Nazirliyi kompüter və noutbuklar alır - 40 milyonluq
10:08 / 19-09-2025
Səs yazısı yayılan məktəb direktoru haqqında araşdırma başlayıb
09:57 / 19-09-2025
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır
09:48 / 19-09-2025
804 magistr ödənişsiz təhsil almaq hüququ qazanıb
09:38 / 19-09-2025
Yeni filmin çəkilişinə razılıq verilib
09:28 / 19-09-2025
"SpaceX" 17 milyard dollara qlobal rabitə tezlikləri alıb
09:21 / 19-09-2025
KXDR lideri PUA sınaqlarını müşahidə edib
09:16 / 19-09-2025
Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
09:11 / 19-09-2025
Rusiyada 7,2 bal gücündə zəlzələ baş verib
09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
09:01 / 19-09-2025
Son sutkada Qəzzada 79 nəfəri öldürüblər
08:57 / 19-09-2025
Keçmiş prezident rüşvətxorluqda ittiham olunur
08:51 / 19-09-2025
Moldova Sosialist Partiyası etiraza hazırdır
08:45 / 19-09-2025
Tramp: Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilməyəcək
23:44 / 18-09-2025
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub
21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Azərbaycan kommunistləri AKP-nin buraxılmasını tələb edir: “Didişmələr partiyanı iflasa uğradıb” - Fotolar
Tarix: 09-12-2019 11:46 | Bölmə: Slayd

“Dövlət idarəetməsini əhatə edən islahatlar və müasir idarəetmə ilə bağlı qərarların yerinə yetirildiyi cəmiyyətin inkişafının yeni mərhələsində siyasi avanqard rolunu itirən Azərbaycan Kommunist Partiyasının ictimai fikirə söykənən təşəbbüsü yoxdur. Partiya qarşısındakı vəzifəyə marksizm-leninizm nəzəriyyəsinə uyğun elmi surətdə əsaslandırılmış, mütəşəkkil və planlı xarakter vermək iqtidarında deyildir”.
Bu sözləri Reyting.az-a açıqlamasında Azərbaycan Kommunistlər Birliyinin (AKB) sədri Ədalət Abdinov deyib.
Ə. Abdinov bildirib ki, Azərbaycan prezidentinin həyata keçirdiyi tarixi islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqladığı halda, dörd qrupa bölünmüş Kommunist Partiyası (AKP) hazırki şəraitdə cəmiyyətin ümumi inkişaf perspektivini, özünün düzgün siyasi xəttini müəyyən edə bilmir: “Partiyanın bölünmüş qruplarında kommunistlərin baxışları ilə hərəkətlərinin kəskin fərqləri var və partiya öz təşkilatlarına, bütün kommunistlərə yüksək tələblər vermək gücünə malik deyildir”.

Ə. Abdinov
AKB rəhbəri əlavə edib ki, partiyanın müvəffəqiyyətlə işləməsini və ölkənin həyatında onun rolunun artmasını təmin edən çox mühüm şərtlərdən biri partiya həyatının Lenin tərəfindən işlənib hazırlanmış prinsip və normalara bütün partiya təşkilatların, hər bir kommunistin daim əməl etməsidir: “Azərbaycan Kommunist Partiyası bu qızıl qaydalardan tam uzaqdır, partiya Lenin normalarına riayət etmir, öz siyasi, təşkilati və ideya birliyini qoruya bilmir, müasir texnologiyalarla işləməyi bacarmır. Qruplararası didişmələr partiyanın rolunu kiçildib, partiya quruculuğu haqqında Lenin prinsiplərindən uzaqlaşmaq isə onu müvəffəqiyyətsizliyə və iflasa düçar edib”.
Ə. Abdinov iddia edir ki, Kommunist Partiyasının parçalanmış qrupları marksizm-leninizm təlimini və onun tərkib hissəsi olan partiya quruculuğunu dərindən bilmədikləri üçün partiya həyatının Lenin normalarının mahiyyət və əhəmiyyətini düzgün başa düşmürlər: “Qrup liderciyəzləri partiyanın inkişaf etməsi və onun rəhbər rolunun artması qanunauyğunluqlarından, partiyanın quruluş prinsiplərindən, təşkilat formaları və daxili həyat qaydalarından, onun zəhmətkeşlər arasında təşkilatçılıq, siyasi iş aparmaq üsul və metodlarından xəbərsizdirlər.
Parçalanmış halda Azərbaycan Kommunist Partiyasının parlamentdə təmsil olunma ehtimalı sıfırdır. Çünki, partiyada üzvləşmə pespublikanın regionlarını tam əhatə etmir, təşkilatın insan resurslarının çəkisi və coğrafiyası çox məhduddur. Partiyanın bölünmüş qruplarının rəhbər şəxslərinin iddiaları əksər hallarda yerlərdəki tərəfdarlarının rəyi ilə uzlaşmır”.
Birlik sədri əlavə edib ki, ən real variant iflasa uğrayan AKP-nin buraxılması və ya Nizamnaməsində nəzərdə tutulmuş qaydada ləğv edilməsidir: “Nəzərə alaq ki, partiyanın təşkilat forması və iş metodları bütünlüklə movcud konkret tarixi şəraitin xüsusiyyətlərilə və bu şəraitdən bilavasitə irəli gələn vəzifələrlə müəyyən edilir.
1920-ci ildə yaranmış Azərbaycan Kommunist Partiyasının varisi partiya quruculuğu əsaslarını dərindən bilən, partiya təşkilatlarının iş üslubunu və metodlarını təkmilləşdirməyə qadir olan yeni tərkibdə bərpa olunmalıdır. Əgər bu baş tutarsa, peşəkar kommunist kadr korpusu üzərində qurulacaq yeni partiya Lenin normalarına ciddi riayət etməklə, partiya sıralarını sıx birləşdirməklə, partiyanın xalq ilə əlaqələrini möhkəmləndirməklə Azərbaycanda marksizm-leninizm təliminin inkişafında yeni, böyük bir addım olacaqdır”.
Ə. Abdinov sonda qeyd edib ki, təklif elədiyi birlik reallaşarsa kommunist adı daşıyan digər təşkilatlar yeni partiyaya qoşulmalıdır. “O cümlədən mən və mənim tərəfdarlarım bu vacib prosesdə sıravi əsgər olmağa tam hazırıdır”, - deyə Birlik rəhbəri əlavə edib.

Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:57
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır
Bu gün, 09:48
804 magistr ödənişsiz təhsil almaq hüququ qazanıb
Dünən, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Dünən, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
17-09-2025, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
17-09-2025, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
17-09-2025, 14:00
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
17-09-2025, 14:00
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
17-09-2025, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
17-09-2025, 13:23
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
17-09-2025, 11:27
Qlobal əhəmiyyətli dənizaltı kabellər hücuma məruz qala bilər
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar