Dünyanın ən bahalı futbolçuları müəyyənləşib - Siyahı
Tarix: 14-12-2019 16:56 | Bölmə: Slayd
Dünyanın ən bahalı futbolçuları müəyyənləşib

PSJ-nın hücumçusu Kilian Mbappe futbol biznesinin təhlili ilə məşğul olan KPMG Football Benchmark interaktiv platformasının versiyasına görə dünyanın ən bahalı oyunçusu olub.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, komanda “Orta”nın təqdim etdiyi son idman statistikası məlumatları əsasında 12 liqadakı 5 mindən çox oyunçunun bazar qiymətini dəyərləndirib.

Dəyərləndirmə Argentina, Belçika, Braziliya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Hollandiya, Portuqaliya, İspaniya və Türkiyə yüksək liqalarının, eləcə də İngiltərənin Çempionşip diviziyasının futbolçularını əhatə edib.

Reytinqdə top-10 oyunçu, eləcə də bazar qiyməti 100 milyon avrodan yuxarı olan 5 futbolçu təmsil olunub.

Beşqat “Qızıl top” mükafatçısı Kriştiaunu Ronaldu top-15-liyə belə düşməyib.

İlk onluq belədir:

1. Kilian Mbappe (PSJ) – 225 milyon avro.

2. Neymar (PSJ) – 185.

3. Lionel Messi (“Barselona”) – 180.

4. Eden Azar (“Real”) – 152.

5. Rahim Sterlinq (“Mançester Siti”) – 150.

6. Məhəmməd Salah (“Liverpul”) – 150.

7. Harri Keyn (“Tottenhem”) – 140.

8. Sadye Mane (“Liverpul”) – 130.

9. Kevin de Bryune (“Mançester Siti”) – 130.

10. Antuan Qrizmann (“Barselona”) – 125.

Qiyməti 100 milyon avronu keçən daha 5 futbolçu müəyyənləşdirilib: Ceydon Sanço (116), Pol Poqba (115), Virdjil van Deyk (114), Frenk de Yonq (106) və Markus Reşford (100).

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}