16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
12:39 / 17-09-2025
Deputat: “Güzəşt müddəti uzadılsın”
12:35 / 17-09-2025
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
12:25 / 17-09-2025
İsrail Cənubi Kiprə “Barak MX” ötürür - Hədəf Türkiyədir - Video
12:25 / 17-09-2025
Deputat: "Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır"
12:18 / 17-09-2025
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
11:44 / 17-09-2025
İsrailin Qəzzaya hücumları davam edir
11:41 / 17-09-2025
Samir Nəsirov İsrailə yatırılan 542,5 milyon dollardan danışıb
11:30 / 17-09-2025
İlham Əliyev: "Bu, Azərbaycan futbolunun tarixi zəfəridir"
11:27 / 17-09-2025
Qlobal əhəmiyyətli dənizaltı kabellər hücuma məruz qala bilər
11:19 / 17-09-2025
İlham Əliyev Donald Trampa təşəkkür edib
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
Gizli siyasi fəaliyyətin qanlı sonluğu: Moskvada terror törədən üç ermənini güllələyiblər - Fotolar
Tarix: 12-01-2020 14:41 | Bölmə: Slayd

Erməni millətçilərinin qrupu SSRİ-nin paytaxtında bir ildə 3 terror aktı təşkil ediblər. Onları xoşbəxt bir təsadüf sayəsində həbs etmək mümkün olub.
1977-ci il yanvarın 8-də Moskva şəhərinin mərkəzində bir neçə dəqiqəlik ara ilə 3 partlayış baş verir. Hətta belə təxribatçı terror aktları paytaxtda vətəndaş müharibəsi illərində də baş verməmişdi. Hadisəni şəxsən Leonid Brejnev, “KQB”nin və Daxili İşlər Nazirliyinin bütün qüvvələri nəzarət altına alırlar. Lakin cinayətkarların axtarışlarına nə qədər qüvvə cəlb edilsə belə, amma əvvəlcə istintaqın heç bir ciddi ipuçları yox idi. Yalnız 10 ay sonra, yeni terrorun qarşısı alınanda, cinayətkarlar yaxalanırlar. Onlar müstəqil respublikanın lehinə çıxış edən 3 erməni millətçisi idi.
Yerevandakı gizli fəaliyyət
Stepan Zatikyan 1946-cı ildə Yerevanda anadan olub. Məktəbi əla qiymətlərlə bitirəndən sonra Yerevan Politexnik İnstitutuna qəbul olur. Tələbəlik illərində siyasətlə maraqlanır. Üçüncü kursda (1966-cı ildə) gizli Milli birlik partiyasını yaradanlardan və rəhbərlərindən biri olur.
Ancaq bu hərəkatla əlaqəli söz birləşməsi bir qədər şişirdilir. Təşkilat üzvləri daha sonra xatırladırdılar ki, populyarlıq zirvəsində olsa da, ən optimist hesablamalara görə onların hərəkatının üzvləri 400 nəfərdən çox olmayıb.
Təşkilat anti-sovet və separatçı bir platforma üzərində dayanırdı. Əsas siyasi məqsəd müstəqil respublika elan etmək və sovet Ermənistanını Türkiyədə iddialı olduqları ərazi ilə birləşdirmək olur. Müstəqilliyə nail olmağı respublika referendumu təşkil etməklə planlaşdırırdılar.
Təşkilatda əsasən gənclər çoxluq təşkil etsə də, komsomolun özünəməxsus bənzəri olan öz gənclər filalı vardı. Təşkilat gizli fəaliyyət göstərirdi, üzvlük zamanı hər bir fəal and içir, sədaqətlik vədi verir və hər şeyə görə komandirlərə tabe olmaq öhdəliyi götürürdü. Partiyanın öz bayrağı, emblemi və hətta gizli nəşriyyatı da vardı. Orada elanlar və müraciətlər dərc edilirdi.
Əslində, partiyanın gizli fəaliyyəti daha çox elanları yazmaq və divarları öz şüarları ilə rəngləməkdən ibarət idi.
Məyusluq
1968-ci ildə gizli qrup “KQB” tərəfindən aşkar edilir. Təşkilatın liderləri SSRİ əleyhinə təbliğat və anti-sovet təşkilatına üzvlüyə görə müxtəlif müddətə həbs cəzası alırlar. Zatikyan 4 il azadlıqdan məhrum olunur və Dubravlaqa göndərilir. Çoxsaylı rejim qaydaları pozğunluğuna görə oradan Vladimir mərkəzinə köçürülür, 1972-ci ildə azadlığa buraxılır. Yerevana qayıdan Zatikyan yerli elekrtik mexanika zavoduna işə düzəlir. Bu vaxta qədər keçmiş mübarizə formalarından məyus olur. Fəallar Ermənistana qayıtmağa başlayanda partiyanın gələcəyi məsələsi ortaya çıxır. Zatikyan “KQB” qarşısında “yanan” təşkilatın yenidən bərpasının mənasını görmür və yenidən ifşa olunacaqlarını da göz önünə alır. İnsan hüquqları metodları ilə dissident mübarizəsinə də inanmır. Yekunda Zatikyan Milli birlik partiyasından uzaqlaşır, sonradan daha radikal anti-sovet şüarlarından da imtina edir, ancaq həmişəki kimi müstəqil respublika ideyasını müdafiə edir.

Zatikyan SSRİ-dən köçmək qərarına gəlir. Lakin 70-ci illərin ortalarında Sovet İttifaqını tərk etmək o qədər də asan deyildi. Zatikyan turist səfəri zamanı qaça bilməzdi, çünki siyasi məhkumluğu vardı, xaricə isə yalnız nümunəvi vətəndaşlar buraxılırdı.
Zatikyanın bir neçə vəsatəti Pasport və Qeydiyyat İdarəsi tərəfindən rədd edilmişdi. SSRİ vətəndaşlığından imtina edib ölkəni tərk etmək də uğursuz olur. Görünür, niyyətləri uğrunda mübarizənin bütün mülayim yollarından məyus olaraq, terrora keçmək qərarına gəlirlər.
Qanlı yanvar
1977-ci il yanvarın 8-də 37 dəqiqə ara ilə Moskvanın mərkəzində 3 partlayış baş verir. Birinci, ən dağıdıcı “İzmaylovskaya” və “Pervomaysk” metro stansiyaları arasında törədilir. İkincisi Lubyanka yaxınlığındakı ərzaq mağazasının binasında baş verir. Bomba mallar yığılan rəfin altına gizlədilir. Üçüncü Nikolski küçəsindəki ərzaq mağazasında qeydə alınır. Partlayıcı qurğu zibil yeşiyinə qoyulur.
İlk partlayış nəticələrinə görə ən dağıdıcı olur. Saat 17:33-də sərnişinlərlə dolu metro vaqonunda partlayan bomba nəticəsində 7 nəfər ölür. Qalan partlayışlarda heç kim həlak olmur. Ümumi yaralananların sayı 33 nəfərə çatır.
İsti izlərlə şahidlərin dindirilməsi heç bir nəticə vermir. Bir neçə nəfər xatırlayır ki, partlayışa bir neçə dəqiqə qalmış bəzi qıvrım saçlı brunettaları görüblər, lakin onların dəqiq sayını deməyiblər (əksəriyyətin dediyinə görə, onlar iki nəfər olub, bəziləri isə 3-nü, kimsə isə yalnız birini görüb). Ancaq hansısa bəzi nəzərə çarpan əlamətləri qeyd etməkdə çətinlik çəkiblər.
Ukrayna izi, neo-kommunistlər və…
Bombaların üçü də eyni sxem üzrə yığılmışdı. Bu, istintaqa çox zəif olmasına baxmayaraq, dörd ipucu verir. Bombanın korpusunda qalın divarları olan metal hissə Xarkovda istehsal edilmişdi. Partlayıcı qurğunu yığmaq üçün yalnız müdafiə müəssisələrində istifadə olunan bir qaynaq elektrodundan yararlanmışdılar. Cihazlarda istifadə edilən saat mexanizmi Yerevanda istehsal olunan həyəcan siqnallarından götürülmüşdü. Bombalar yol çantalarında gizlədilmişdi, lakin onların harada istehsal edildiyi bölgəni dərhal müəyyənləşdirmək mümkün olmayıb.
İlk şübhəli, bombanın bir hissəsi Xarkovda istehsal edildiyindən, ukraynalı radikallar olurlar. Lakin Ukrayna izi üzərində iş heç bir fayda vermir. Tanınmış radikalların əksəriyyəti ya həbsxanada idi, ya da “KQB”nin nəzarəti altında saxlanılırdılar və dəmir alibləri vardı. Bombalarda istifadə olunan Xarkovda istehsal edilən hissə Sovet İttifaqının bir neçə şəhərində və respublikasında satışa çıxarılırdı.
Sonra məhz Moskvada fəal olan SSRİ Neokommunistlər partiyasındakı solçu dissidentlərdən şübhələnirlər. 1977-ci ilin aprelində partlayış işi üzrə təşkilatın lideri Aleksandr Tarasov saxlanılır, lakin tezliklə buraxılır, o, uzun müddət xəstəxanada müalicə olunur və alibi vardı.

Sonra Tambovda bir nəfər saxlanılır. Meşəçi ilə mübahisə edən yerli gözətçi, onun daxmasını əldəqayırma bomba ilə partlatmağa cəhd etmişdi. Yerli milislərin əlinə keçən kimi dərhal Moskvadakı terror aktlarında iştirakını da etiraf edir. Lakin paytaxtdan gələn “KQB” əməkdaşları vəziyyəti bir ay araşdıraraq baş düşürlər ki, həmin kişinin Moskvadakı partlayışlara aidiyyətı yoxdur və həmin terror aktlarını milislərin təzyiqi altında boynuna götürüb.
Yalnız payızda istintaq terrorçuların real izinə düşməyə nail olur. Daşkənd hava limanında əvvəlkilərə bənzər çantada bomba qoyan bir qadın saxlanılır. Məlum olur ki, bu çantalar məhdud sayda Yerevanda istehsal olunur və yalnız orada satılır.
Kurskda tapıntı
Oktyabr ayının sonunda Kursk vağzalında sahibsiz çantada daha bir oxşar partlayıcı tapılır. Bu dəfə partlayış yalnız təsadüfdən baş vermir, səbəb mexanizmin batareyasının tükənməsi olur. Çantada bombadan savayı bir neçə tükü qalan kişi kepkası, eləcə də idman kostyumunun olimpiya köynəyi tapılır.

Cinayətkarlar gözləmə zalında oturub qatarı gözləyirdilər. Onlar oranı tərk edəndə çantanı saxlamalı idilər. Ancaq gözlənilməz bir vəziyyət səbəbindən günahkarlardan biri isti paltarını bomba olan çantada saxlamalı olur. Çox güman ki, buna səbəb gözləmə otağında sənədlərin yoxlanılması olur. O zamanlar milis tez-tez belə tədbir keçirərdi. Milislərin zala girdiyini görən terrorçular gizlənməyə macal tapsalar da, lakin diqqəti cəlb etməkdən qorxduqlarından çantada qalan əşyalarını götürmürlər. Bir müddət sonra gözləmə zalında olanlar sahibsiz çanta ilə maraqlanırlar, içərisində qəribə bir mexanizm aşkar edildiyindən milis çağırırlar.
Həbslər
Dəmir yolu vağzalındakı milislərin hamısı Qafqaz respublikalarından birindən olan baqajsız, papaqsız və mavi rəngli şalvar geyinmiş bir adamın tapılmasına yönəlirlər. Gürcüstan və Ermənistan SSR sərhədindəki yoxlama zamanı kupelərdən birində tamamilə həmin əlamətləri olan bir kişini tapırlar. O, Akop Stepanyan idi. Dostu, rəssam Zaven Baqdasaryan da onunla birlikdə gedirdi. Kişilər inandırıcı şəkildə izah edə bilmirlər ki, soyuq mövsümə baxmayaraq, Stepanyanın bəzi geyim əşyaları və çamadanı niyə yoxa çıxıb.
Onlar saxlanılırlar, bomba üçün nəzərdə tutulan çantanı isə Stepanyanın anasının yanına gətirirlər. Qadın əminliklə çantanın oğluna məxsus olduğunu təsdiqləyir. Stepanyanın üzərində axtarış zamanı Moskva metrosunun sxemi, bir neçə keçid açarı və bomba üçün nəzərdə tutulan tellərin sarğıları aşkar olunur. Baqdasaryandan iddia irəli sürülməsinə əsas verəcək heç nə tapılmasa da, ancaq günahını etiraf edir və qonşuluqda yaşayan Zatikyanın göstərişi ilə hərəkət etdiyini bildirir.
Keçmiş dissident rəssama güclü təsir göstərmək gücündə olur. Stepanyan əhəmiyyətli sübutların qarşılığında günahını etiraf edir, lakin Zatikyanla əlaqəsini boynuna almır.

Noyabrın əvvəlində Yerevanı tərk etməyən Zatikyanın evində axtarış aparılır. Oradan da partlayıcı qurğu hazırlamaq üçün istifadə olunan xeyli sayda dəlil-sübut aşkarlanır. Onların arasında ən vacibi – partlayış həlqəsinin sxemi də olur.
Zatikyanın iştirakının lehinə başqa bir ciddi arqument də var idi. O, Müdafiə Nazirliyinin sifarişlərini də yerinə yetirən zavodda çilingər idi, bu da istintaq üçün ən vacib elementlərdən biri sayılır.
Ancaq az təcrübəli Stepanyan və Bağdasaryandan fərqli olaraq, Zatikyan partlayışlarda iştirakını qəti şəkildə rədd edir və ümumiyyətlə, Sovet məhkəməsini tanımadığını bildirir.
1979-cu ilin yanvar ayında keçirilən məhkəmə prosesi qapalı olur. Bununla belə, təqsirli bilinən şəxslərin çıxışlarının bir neçəsi videolentə alınır. Hakimlər hesab edirlər ki, əldə olunan dəlillər Zatikyanı paytaxtdakı terror aktlarının ilhamçısı və təşkilatçısı, Stepanyan və Baqdasaryanı isə onların birbaşa icraçısı kimi tanımaq üçün kifayətdir.
Əfv ərizəsi rədd edilir, onların üçü barəsində ölüm hökmü çıxarılır və güllələnirlər. Beləliklə, Yerevanın 3 sakininin saxlanılmasından və məhkum olunmasından sonra Moskvada həmin dövr üçün bir daha terror baş vermir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
Dünən, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
Dünən, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
Dünən, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir

Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki
Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”