NATO-dan şok açıqlama: “Rusiyanın bütün ərazilərində baş verənləri müşahidə edirik” - Foto
Tarix: 21-01-2020 19:14 | Bölmə: Slayd
NATO-dan şok açıqlama: “Rusiyanın bütün ərazilərində baş verənləri müşahidə edirik”

Rusiya ərazilərinin böyük bir hissəsini müşahidə altında saxlayacaq Pilotsuz Uşuş Aparalarına (PUA) sahibik.

Reyting.az
xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.

Baş katib Norveçin “Verdens Gang” qəzetinə müsahibəsində yeni strateji PUA-lar haqqında danışaraq, onun vasitəsilə Rusiyada baş verənləri təqib edə biləcəklərini bəyan edib. O, əlavə edib ki, bu dornların NATO-ya Rusiya və Çinin sahib olmadığı bənzərsiz avantajlar saxlayır.

Məlumata görə, “Global Havk” model dronların yeni versiyası 30 saat havada qala bilir. Eyni zamanda onun ötürücü və radarları 18 kilometr hündürlükdən 200 kilometr radiusda hər şeyi aşkarlayır.

NATO-dan şok açıqlama: “Rusiyanın bütün ərazilərində baş verənləri müşahidə edirik”
Y. Stoltenberq

Qeyd edək ki, hazırda, “Global Havk” model dronlar İtaliyanın Siciliya adasında testdən keçirilir. 2020-ci ildə İtaliya daha 3 “Global Havk” model dronlarla təmin ediləcək. Hazırda NATO 10 ədəd belə dronlara sahibdir.

“Global Havk” model dronların Rusiya sərhədləri yaxınlığında sıx-sıx uçuşlar həyata keçirir. Rusiya Müdafiə Nazirliyinin çağırışlarına baxmayaraq ABŞ Müdafiə Nazirliyi Rusiya sərhədlərində kəşfiyyat uçuşlarını dayandırmaq fəaliyyətini rədd edir.

Qeyd edək ki, hələ bu ilin yayında İtaliyadan qalxan dron Qara dəniz vasitəsilə Rusiya ərazilərinə daxil olub, Krım üzərində kəşfiyyat uçuşu apararaq yenidən NATO-nun İtaliyadakı bazasına qayıtmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}