İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Tarix: 26-02-2020 12:53 | Bölmə: Siyasət
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Utseymin Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

İslam Əməkdaşlıq Təşkilatının mətbuat xidmətinin məlumatına görə, Baş katib vurğulayıb ki, Xocalı hadisələri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsidir.

Baş katib İƏT Xarici İşlər Nazirləri Şurasının öncəki iclaslarında, o cümlədən 2019-cu ildə Əbu-Dabidə keçirilən 46-cı iclasında və İslam Zirvə Toplantısının 12-ci iclasının Qahirə Yekun Kommünikesində qəbul edilmiş qətnamələri əsas gətirib.

Qeyd edək ki, bu qətnamələrdə Azərbaycanda mülki əhaliyə qarşı törədilənlər hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım olaraq qiymətləndirilib.

Baş katib İƏT-nin Azərbaycan ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası üzrə təşəbbüs və səyləri tam dəstəkləndiyini bir daha vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}