Növbədənkənar seçkilərin yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edilib
Tarix: 26-02-2020 14:17 | Bölmə: Siyasət
Növbədənkənar seçkilərin yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edilib

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.

M. Rəhimov bildirib ki, yekun protokol Konstitusiya Məhkəməsinə bu gün təqdim olunub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Xatırladaq ki, MSK 25 fevralda Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb və yekun vurub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}