16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çindən dəhşətli görüntülər: xəstələr sağlamları koronavirusa yoluxdurmağa çalışır - Video
Tarix: 14-03-2020 14:00 | Bölmə: Slayd
Çindən dəhşətli görüntülər: xəstələr sağlamları koronavirusa yoluxdurmağa çalışır - Video

Çinin Vuhan şəhərindən başlayan koronavirusla əlaqədar Çin hökuməti bütün şəhərləri karantina almışdı. Artıq ölüm sayının azalması, virusun pik nöqtəsinin başa çatması ilə insanlar küçələrə çıxmaya başlayıb. Amma koronavirus təhlükəsi hələ də davam edir.

Reyting.az
xəbər verir ki, Çində çəkilən görüntülərdə koronavirus xəstələrinin epidemiyanı başqalarına yoluxdurmaq üçün ağlasığmaz hərəkətlər edirlər.

Görüntülərdə marketdə mallara virus bulaşdırmağa çalışan bir adam görünür.

Digər görüntülərdə isə bir xəstə ətrafda gedən insanları virusa yoluxdurmaq üçün tüpürcəyini onların paltarlarına toxundurur.

Qeyd edək ki, Çində koronavirusa görə ölüm hallarında azalmağa qeydə alınıb. Ölkədə ümumilikdə 3189 insan vəfat edib. Ölüm sayı isə bu gün cəmi 13 olub.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}