23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü - Fotolar
Tarix: 02-06-2020 16:25 | Bölmə: Slayd
Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da son bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olunub.

Reyting.az
xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları koronavirusun rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək adı çəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib.

Həmçinin marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.

Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü
Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü
Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü
Azərbaycanın daha bir kəndi nəzarətə götürüldü




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}