Sumqayıtda kütləvi dava: iki nəfər öldürülüb, yaralı var
Tarix: 06-06-2020 23:11 | Bölmə: Cəmiyyət
Sumqayıtda kütləvi dava: iki nəfər öldürülüb, yaralı var

Sumqayıt şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə axşam saatlarında, şəhərin 10-cu mikrorayonunda yerləşən parkda baş verən kütləvi dava zamanı qeydə alınıb.

Bir neçə nəfər arasında olan dava zamanı 3 nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}